"Qanun pozuntularına qarşı mübarizədə vətəndaşlar kənarda qalmamalıdır" - Partiya sədri
Tarix: 30-05-2020 16:09
"Koronovirus pandemiyası və onunla əlaqədar olaraq, bəzi yümşaldılmara rəğmən, karantin rejimi davam edir. Bu pandemiyaının mütləq sonu olacaqdır və bunun müəyyən zamana ehtiyacı vardır. Aydındır ki, bu zamanın müddəti dövlət səviyyəsində koronavirusa qarşı həyata keçirilən tədbirlərlə yanaşı, vətəndaşların davranışından və tətbir edilən məhdudiyyətlərə əməl edilməsi səviyyəsindən asılı olacaqdır. Hər birimizin bunu bilməsi vacibdir".
Bu fikirləri Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. O bildirib ki, indi hamı başa düşür ki, postpandemiya dövründən sonra həyatımız əvvəllki kimi olmayacaqdır. Bəs necə olacaqdır və onun yaxşılaşdırlması üçün nə etmək lazımdır? Birmənalı bildirmək olar ki, ölkəmizin qarşısında duran sosial-iqtisadi- siyasi problemlərin həlli güclü dövlət quruculuğundan keçir. Qısa müstəqillik tariximizə baxmayaraq xalqımız kifayət qədər güclü, inkişaf etmiş dövlət dürmağı bacarmış və inşAllah müstəqilliyimiz dayimi olacaqdır! Ancaq həyat davam edir, yeni-yeni problemlər meydana çıxır və onların həlli yeni yanaşmalar, daha mütərəqqi qərarlar, həll variantları tələb edir. Aydındır ki, postpandemiya dövründən sonra həyatımızın necə olacağı çağdaş zamanın irəli sürdüyü tələblərin yerinə yetirilmə səviyyəsindən asılı olacaqdır.
Güclü dövlət -siyasi sistemi təkmil, demokratik imicə malik, demokratikləşmə prosesini konseptual olaraq qəbul edən, insan hüquq və azadlıqlarının qorunmasını, mülkiyyət toxunulmazlığını prioritet sayan, qanunun aliliyini rəhbər, qanun pozuntularına qarşı barışmaz mövqe tutan, iqtidar-vətəndaş birliyinə nail olan dövlətdir. Yəqin ki, qısa müstəqilliyimiz tarixinə obyektiv yanaşan hər kəs görür ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, qeyd edilən istiqamətlərin hər birində mütərəqqi dəyişikliər baş vermişdir. Bununla yanaşı, sosial-iqtisadi-siyasi sahələrdə, xüsusilə də demokrtikləşmə sahəsində, həyata keçirilən islahatların daha da genişləndirilməsinə və dərinləşdirlməsinə ehtiyac olduğu da göz qabağındadır. Bu istiqamətlərdə fəaliyyətin əsas yükünün dövlətin üzərinə düşdüyündən islahatların "aşağıdan" deyi, "yuxarıdan" aparılması daha məqsədəuyğundur. Və hər şeydən göründüyü kimi, bunu əsas götürən iqtidar son zamanlar ictimai həyatımızın daha da demokratikləşdirilməsi, xüsusilə də, sivil iqtidar-müxalifət münasibətlərinin formalaşması, istiqamətində mütərəqqi tədbirlərin həyata keçirilməsinə start verilmişdir və bu siyasətin davamlı olacağnı gözləyirik.
Sosial-iqtisad-siyasi sahələrdə həyata keçirilməsi nəzərdə tutulan islahatların əhatə dairəsi və dərinliyi ölkənin iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır. Müstəqillik əldə edildikdən sonra həyata keçirilən islahatlar Azərbaycanımızı iqtisadi inkişaf səviyyəsinə görə regionumuzun ən güclü dövlətinə çevirmişdir və ölkəmiz dünyanın güclü dövlətləri sırasına daxil olmaqdadır. Ancaq, ölkə Prezidentinin də dediyi kimi, məmur özbaşınalığının, qanun pozuntularının, korrupsiya və rüşvətxorluğun geniş yayılması iqtisadi inkişafımız yolunda əsas maneəyə çevrilmişdir. Belə halların qarşısının alınması, cinayət əməllərinə yol vermiş məmurların məsuliyyətə cəlb edilməsi istiqamətində son zamanlar həyata keçirilən tədbirlər təqdirəlayiqdir və yəqin ki, bu istiqamətdə tədbirlər davam edəcəkdir.
Ancaq, fikrimizcə, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün korrupusiyaya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə ilə yanaşı, hökumətin maliyyə-kredit-bank siyasəti sahəsində mütərəqqi dəyişikliklərin edilməsinə, xüsusilə bank kreditlərinin faizlərinin optimal həddə qədər aşağı salınmasına, ölkəmizin bank-sığorta sisteminin dünyaya açıqlığının təmin edilməsinə, banklar üzərində məmur nəzarətinin (sahibkarlığının) aradan qaldırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də, idxal-ixrac əməliyyatları sahəsində inhisarçılığın aradan qaldırlmasına, məmurlar tərəfindən, xüsusilə də regionlarda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyulmasına da ciddi ehtiyac vardır. Bu sahələrdə əsas yük dövlətin üzərinə düşsə də, qanun pozuntularına qarşı mübarizədə vətəndaşlar, xüsusilə də, mövqeyindən asılı olmayaraq siyasi partiyalar, o cümlədən müxalifət partiyaları da, kənarda qalmamalıdır. Hesab edirik ki, mövcud problemlərin həllinə dair vətəndaş məsuliyyətinin hamılıqla dərk edilməsi, dövlətimizin və xalqımızın birgə fəaliyyəti koronavirus pandemiyasının mənfi nəticələrinin tezliklə aradan qaldırılmasına imkan verəcək və dövlətimizin daha da möhkəmlənməsini təmin edəcəkdir.
Seçilmişlər
Ən çox oxunanlar