Deputatlığa namizəd Könül İsmayılovanın seçicilərlə görüşü davam edir - Fotolar
Tarix: 22-01-2020 12:28
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Binəqədi 10 saylı dairədən namizədliyini irəli sürmüş Könül İsmayılovanın seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.
Bu gün K.İsmayılova bizimlə söhbətində bildirdi ki, görüş səmimi və diskussiya şəraitində keçib və ölkəmizdə həyata keçirilən islahatlar, seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Xanım namizəd Binəqədi rayonunun inzibati ərazisinə daxil olan Biləcəri qəsəbə sakinləri uzun-uzadı söhbət edib. Söhbət əsnasında K.İsmayılova onlardan biri olduğunu, daim əhali arasında olacağını bəyan etdi:
“Məqsədim sakinlərin problemlərini bacardığım qədər həll etməkdən ibarətdir. Məlumdur ki, mən Müasir Müsavat Partiyasının funksionerlərindən biriyəm. Bizim partiyanın əsas missiyası ehtiyacı olanın yanında olmaqdan ibarətdir. Biz digərləri kimi sözdə yox, əməldə xalqın yanındayıq və olacağıqda”.
Seçilmişlər
Ən çox oxunanlar