Əli Həsənov deputatlığa namizəd olacaq? - Açıqlama
Tarix: 24-12-2019 12:36
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Bir çox media nümayəndələri və iqtisadçılar da parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.
GÜNpress.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Əli Həsənov bildirib ki, yayılan xəbərlər şayədir:
"Mən bununla bağlı heç bir fikir səsələndirməmişəm. Əgər belə bir fikrim olsa, ictimaiyyəti özüm məlumatlandıracam".
Seçilmişlər
Ən çox oxunanlar