Partiya sədri Prezidenti təbrik etdi
Tarix: 24-12-2019 11:29
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Cənab Prezident, əziz qardaşım, İlham Əliyev!
Sizi doğum gününüz münasibətiylə təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm. Uzun illərdir ki, Sizin yürütdüyünüz siyasət nəticəsində ölkədə mühüm irəliləyişlər əldə olunub. Bu səbəbdən də biz Müasir Müsavat Partiyası olaraq, hər zaman Sizi dəstəkləyirik və qorumağı özümüzə borc bilirik.
Arzu edirəm ki, hər zaman sağlam olasınız və ölkəmiz üçün daim müsbət işlər görəsiniz. Bir siyasətçi, dövlət adamı üçün ən vacib məsələ xalqın etimadı və sevgisidir. Siz bu etimadı və sevgini qazanmısınız. Bu səbəbdən də biz Sizin yanınızdayıq və Sizə qarşı olan bütün təhdidlərinin qarşısını almağa çalışırıq, bundan sonra da çalışacağıq.
Bir daha partiyamız və öz adımdan təbrik edirəm.
Seçilmişlər
Ən çox oxunanlar