Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"Parlamentə seçkilərdə başqaxıncı olan insanlara səs verilməməlidir" - Partiya sədri

Tarix: 17-12-2019 20:51   
"Parlamentə seçkilərdə başqaxıncı olan insanlara səs verilməməlidir"
Növbədənkənar parlament seçkilərində Müasir Müsavat Partiyasının və partiyanın sədri Hafiz Hacıyevin iştirak edib-etməyəcəyi bu həftənin şənbə günü bəlli olacaq.

Bu barədə Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib. O qeyd etdi ki, Müasir Müsavat Partiyası yalnız seçki kampaniyası dövründə seçki hazırlıqları görən partiyalardan deyil, seçkilərə daim hazırlaşır: “Partiya hər an seçkiyə hazır olmalıdır. Ona görə də seçkilərlə bağlı bizim çətinliyimiz yoxdur. Seçkiyə hazırıq. Kifayət qədər namizədlərimiz də var. Sadəcə olaraq, partiya növbədənkənar parlament seçkiləri qərarı veriləndən sonra biz rayon təşkilatlarımıza tapşırıq verdik ki, seçkidə iştirak edib-etməmək məsələsi müzakirə olunsun. Müzakirələrdən sonra məsələ partiyanın Siyasi Şurasının müzakirəsinə çıxarılsın. Rayon təşkilatlarımızda müzakirələr yekunlaşmaq üzrədir. Yaxın günlərdə Siyasi Şuramızın iclası olacaq və seçki ilə bağlı yekun qərar veriləcək. Bizdə seçki kimi mühüm məsələ barədə qərarı mənim təkbaşına qəbul etmək ixtiyarım yoxdur. Partiyanın kollegial orqanı qərar verməlidir. Siyasi Şura hansı qərarı qəbul etsə mən o qərara tabe olacağam. Şənbə gününə qədər gözləməliyik.

Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi vacib idi. Bu qərarın verilməsini alqışlayırıq. Bilirsiniz ki, neçə illər idi mənim özüm parlamentin prezidentin apardığı islahatlarla ayaqlaşa bilmədiyini, buna görə də buraxılmalı olduğunu dəfələrlə çıxışlarımda bəyan edirdim. Parlamentin buraxılması və yeni seçkilərin təyinatı ürəyimizcə oldu. İslahatlar dərinləşməlidir. Şübhəsiz ki, təcrübəsi olanların da təcrübəsindən istifadə edilməlidir. Gənclər irəli çəkilməklə bu məqamı da unutmaq olmaz. Sevindiricidir ki, ölkə prezidenti prosesi məhz bu cür həyata keçirir. Xalqın gözləntiləri reallaşır”.

H.Hacıyev onu da bildirdi ki, yeni parlamentimizdə təcrübəli, savadlı, işgüzar insanların təmsil olunmasını istəyir: “Şübhəsiz ki, parlamentin tərkibinin necə formalaşması daha çox xalqdan asılıdır. Xalq da layiqli insanlara səs verməlidir. Parlamentə baş qaxıncı olan insanlara səs verilməməlidir. Namizədliyini verən adamların da gərək abırı həyası olsun. Demokratiyadır, Konstitusiya hər kəsə seçilmək hüququ verirsə o demək deyil ki, hər yerindən qalxan, ağzının sözünü bilməyən adamlar da deputatlıq eşqinə düşməlidirlər. Deputat olmaq istəyən insanlar məsuliyyəti dərk etməlidirlər. Bəziləri deyəsən, istəyirlər ki, öləndə yaxasında deputat nişanı ilə ölsün və deputat nişanı yaxasında qəbirə qoyulsun. Belələrini məsuliyyətli olmağa çağırıram. Bizim Dağlıq Qarabağ kimi ciddi problemimiz var. Azərbaycanı xaricdən sıxırlar. Ətrafımızda gərgin geosiyasi vəziyyət hökm sürür. Bütün bunları nəzərə almaq lazımdır”.

Hafiz Hacıyev qeyd etdi ki, partiyanın Siyasi Şurası seçkidə iştirak qərarı verəcəksə namizədliyini Göygöl-Daşkəsən seçki dairəsindən irəli sürəcək: “Mən 4 dəfə prezidentliyə namizəd olmuşam və kifayət qədər də səs toplamışam. İstənilən dairədən namizəd olsa insanlar mənə səs verərlər. Xalqın arasında nüfuzum var. Ancaq Göygöl-Daşkəsən dairəsi ərazisində bizim partiyanın çox güclü yerli təşkilatlarımız var. Ona görə də namizədliyimi həmin dairədən irəli sürməyi daha məqsədəuyğun sayıram. Siyasi Şuranın qərarı olsa namizədliyim oradan olacaq”.
H.Hacıyev seçkini boykot qərarı verən Milli Şuranı sərt tənqid etdi: “Boykot qərarı verənlər heç zaman dövlətimizi düşünmürlər. Onlar üçün şəxsi maraqları və sifariş aldıqları ünvanların maraqları hər şeydən üstündür. Milli Şuranın sədri gedib Vaşinqtonda özünə bığ qoyur və Azərbaycan əleyhinə iş aparır. O, düşünmür ki, imiclərini bığ qoymaqla düzəldə bilməzlər.

Seçkini boykot edincə, iştirak et, çıx sözünü de. Onların boykot qərarının seçkiyə zərrə qədər təsiri olası deyil. Milli Şura boykot qərarı veribsə, xalq yas saxlayası deyil. Hakimiyyət daxilində olan və son zamanlar vəzifələrindən uzaqlaşdırılan bəzi qüvvələr də boykotçularla gizli işbirliyindədirlər. Boykot qərarında onların da rolu var. Boykotçulara züy tutanlar var. Mən hələ ki, susuram. Ancaq yaxın vaxtlarda çox ciddi açıqlamalarım olacaq. Özlərini yığışdırsınlar. Ağzımıza su alıb susası deyilik. Dövlətimizi qorumaq üçün bütün gücümüzdən istifadə edəcəyik”.