Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Lavrov Azərbaycana boş portfellə gəlir, yoxsa...

Tarix: 02-12-2019 14:37   
Lavrov Azərbaycana boş portfellə gəlir, yoxsa...
Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması prosesində Rusiyanın yenidən irəli çıxması hiss olunmaqdadır. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bir müddət öncə Erməsitana səfəri və orada verdiyi bəyanat Azərbaycanın əleyhinə olsa da, münaqişənin həlli ilə bağlı səylər davam edir.

Belə ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, səfər dekabrın 2-də baş tutacaq. XİN rəsmisi əlavə edib ki, səfər zamanı S. Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Maraqlıdır, Rusiyanın ermənipərəst mövqeyi ilə seçilən Rusiyanın XİN rəhbərinin Azərbaycana səfəri nə məqsəd daşıyır? Lavrov Bakıya Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeni təkliflə gəlir, yoxsa daha bir müddət üçün münaqişənin uzadılması, status-kvonun qorunub saxlanması üçün təşrif buyurur.Mövzu ilə bağlı fikirlərini “Unikal”la bölüşən politoloqlar Lavrovun Bakıya səfərindən Azərbaycanın maraqlarına uyğun hansısa addım gözləmilər.

Lavrov Azərbaycana boş portfellə gəlir, yoxsa...
Mütəllim Rəhimli: “Rusiya beynəlxalq aləmə göstərmək istəyir ki, Azərbaycanda baş verənlər mənlikdir”

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli deyir ki, rəsmi səviyyədə etiraf edilməsə də, Azərbaycan dəyişikliklər astanasındadır. Onun fikrincə, 27 ilə yaxındır ki, hakimiyyətdə eyni siyasi qüvvə təmsil olunur və bu müddət ərzində hakimiyyət bir dəfə ötürülüb: “İndi də ikinci dəfə bu prosesə hazırlaşırlar. Bu mərhələ həssas dövrdür və hər şey baş verə bilər. Ona görə də, qonşu dövlətlərin, xüsusilə daha çox təsir dairəsində olduğumuz Rusiyanın ölkəmizə diqqətinin artması başa düşüləndir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsi də bu qəbildəndir. Rusiya ölkəmizdə baş verən hadisələri özü görmək və mümkün situasiyalara qarantiya almaq niyyətindədir. Həmçinin, səfərin məhz indiyə təsadüf etməsi həm də onun göstəricisidir ki, Rusiya beynəlxalq aləmə göstərmək istəyir ki, Azərbaycanda baş verənlər mənlikdir və buradakı proseslərə kimsə qarışmamalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimovla görüşündə də iqtidarda baş verən dəyişikliklərdə Rusiyaya güvəndiyini sezdirmişdi: "Mehriban Əliyevanın Moskvaya başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir". Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtidarı Qərbin vurğuladığı və xalqın ehtiyac duyduğu və tələb etdiyi demokratik islahatları aparmaqdansa, Rusiyaya güvənməyi daha məqbul hesab edib”.

Lavrov Azərbaycana boş portfellə gəlir, yoxsa...
Əli Orucov: “Məqsəd Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların sıfır nöqtəsindən çıxarılmasıdır”

AMİP Siyasi Şurasının üzvü, politoliq Əli Orucov da hesab edir ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana növbəti səfərinin gündəliyi hələ məlum deyil. Lakin politoloq ehtimal edir ki, bu səfərdə məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı dalana dirənən danışıqların mövcud sıfır nöqtəsindən çıxarılması və Azərbaycanın Avrasiya İttifaqına cəlb edilməsi, həmçinin Azərbaycan-Rusiya əlaqələrinin müzakirəsi olacaq:
“Bildiyiniz kimi, Paşinyanın və Lavrovun son bəyanatlarından belə anlaşılır ki, Ermənistan və Rusiya separatçı Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi sülh prosesinə qoşmaq istəyirlər. Lavrovun İrəvanda "Dağlıq Qarabağ xalıqının razı olmadığı şərtlər qəbul edilməyəcək kimi bəyanatları Azərbaycan tərəfindən də etirazla qarşılandı. Görünür, Rusiya rəsmi Bakıya təzyiqlərini artıracaq ki, proses onun diqtəsi ilə davam etsin. Digər tərəfdən Azərbaycanın Avrasiya İttifaqına müxtəlif vədlərlə cəlb edilməsi məsələsi də artıq gündəmə gətirilib. Rusiyanın TV proqramlarında artıq müəyyən iddialar səsləndirilir ki, güya Azərbaycan bu quruma üzv olsa DQ problemi həllini tapacaq, işğal olunmuş ətraf rayonlar geri qaytarılacaq və s. Hesab edirəm ki, Lavrov Azərbaycana boş portfellə gəlməyəcək”.