Doğru Yol Partiyası bitərəf namizədləri müdafiə edəcək
Tarix: 13-11-2019 20:19
Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin iclası keçirilib. İclasın gündəliyində olan təşkilati məsələlər, partiyanın bələdiyyə seçkisində iştirakı, cari məsələlər müzakirə edilib verilən qərarların icra vəziyyəti haqqında məlumat dinlənilib.
GÜNpress.az-a Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən məlumat verilib ki, 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkisində partiya öz namizədləri və partiya mənsubiyyəti olmayan vətənsevər ziyalıların namizədliyini müdafiə etmək haqqında qərar verib. Partiyanın təşkilat Komitəsinin sədri Kəramət Salah verilən qərar barədə saytımıza açıqlama verib. “Əhalinin seçkiyə inamının artması və siyasi dəyişikliklərin yeganə yolunun seçki olduğunu qəbul edən qüvvələr mümkün potensial qüvvələrini seçkiyə cəlb etməli, ictimai – siyasi fəallıq nümayiş etdirməlidirlər.”
Seçilmişlər
Ən çox oxunanlar