XİN: Azərbaycan Abxaziyada keçirilmiş “seçkiləri” tanımır
Tarix: 26-08-2019 11:26
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 2019-cu il avqustun 25-də keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.
Bu barədə GÜNpress.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Seçilmişlər
Ən çox oxunanlar