“Müdafiə Nazirliyinin məlumatı ilə razılaşıram” – Qabil Hüseynli
Tarix: 23-08-2019 13:38
Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə Müdafiə Nazirliyinin rəsmi açıqlaması cəmiyyətdə müəyyən şübhələrə səbəb olub.
Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, “qara qutu”nun oxunması nəticəsində "MiQ-29"un havada yad cismlə (quş və ya quş topası) ilə toqquşduğu məlum olub.
Sosial şəbəkələrdə aparılan müzakirələrdən bu məlumata inamsızlıq müşahidə olunur. Hətta bəzi mütəxəssislərin Müdafə Nazirliyinin açıqlamasını bölüşməsi də "MiQ-29"un başqa səbəblərdən qəzaya uğraması barədə şübhələri dağıtmağa kömək etmir.
Bəs şəhid pilotumuz Rəşad Atakişiyevin yaxınları rəsmi açıqlama barədə nə düşünür?
Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli “Yeni Sabah”a bildirib ki, Müdafiə Nazirliyinin məlumatı ilə razılaşır.
“Başqa səbəblər barədə ehtimalları gələcək göstərəcək. Lakin mən Müdafiə Nazirliyinin yaydığı məlumatın “qara qutu”nun oxunması əsasında hazırlandığına söykənərək bununla razılaşıram”,- deyə Qabil Hüseynli vurğulayıb.
Xatırladaq ki, Qabil Hüseynli bundan əvvəlki açıqlamasında qəzanın səbəbləri barədə bir neçə versiyanın irəli sürüldüyünü bildirmişdi. Bunlardan biri də təyyarənin yad cisimlə toqquşması idi.
Seçilmişlər
Ən çox oxunanlar