Nazir Bakıda 4.9 milyon manata torpaq sahəsi alıb-İDDİA
Tarix: 03-10-2014 14:29
Son dövrlər yüksək rütbəli məmurların dəbdəbəli həyat tərzi sürmələri, bahalı avtomobil və milyonluq villalara sahib olmaları barədə mətbuata davamlı olaraq məlumatlar ötürülür.
Günpress.az saytına daha bir yüksək rütbəli məmurla bağlı məlumat daxil olub. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Müdafiə sənayesi naziri Yavər Camalov bu günlərdə Bakının mərkəzində, Teymur Əliyev küçəsində 4.2 sot torpaq sahəsi alıb. Həmin torpaq sahəsinin qiyməti isə 4.9 milyon manat olub.
İnformasiyanın səhihliyini yoxlama üçün münasibət öyrənmək cəhdlərimiz uğursuz olub. Qarşı tərəfin möveyini dinləməyə hazırıq.
Gunpress.az
Seçilmişlər
Ən çox oxunanlar