"Əvvəl deyirdik, atan Suriyaya gedib, indi deyirik ki..." - Qabil Hüseynli
Tarix: 30-07-2019 17:05
"Axtarışların akvatoriyası genişlənib, yeni müasir texnika cəlb edilib. Axtarışları uzaqdan da olsa, müşahidə edib, geri qayıdırıq. Əlimizdən başqa nə gəlir ki?"
GÜNpress.az xəbər verir ki, bu sözləri "Ölkə.Az"-a açıqlamasında Xəzər dənizində itkin düşən pilot Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.
Q.Hüseynli R.Atakişiyevin oğlunun atasını hər gün soruşduğunu da bildirib:
"Oğlunun yeddi yaşı var. Hər gün soruşur ki, atam hara gedib. Əvvəlcə deyirdik ki, Suriyaya gedib. İndi də deyirik ki, Türkiyəyə F16 raketlərini öyrənməyə gedib. Düzdür, uşaqdır, amma ağlı hər şeyi kəsir. Ancaq hiss edirəm ki, artıq hər şeyi başa düşüb. Sadəcə, hələ susur, bildiklərini qəzəblə demək istəmir".
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Seçilmişlər
Ən çox oxunanlar