Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Deputatlar 5-6 min manat maaş alır, Xalq şairi, Xalq rəssamı, əməkdarlar isə...

Tarix: 22-06-2019 17:46   
Deputatlar 5-6 min manat maaş alır, Xalq şairi, Xalq rəssamı, əməkdarlar isə...
Doğrudanmı, Xalq yazıçısının, Xalq artistinin, Əməkdar mühəndisin, Əməkdar həkimin və digərlərinin xalq qarşısında xidmətləri hər cür səlahiyyətləri, əlavə imtiyazları da olan deputatların xidmətlərindən bu dərəcədə az (30-40 dəfədən də az!), bu dərəcədə aşağıdır?
O deputatları həkim kimi də, yazıçı kimi də, mühəndis kimi də yetişdirən müəllimlərdir, onların ən böyük titulu isə Əməkdar müəllimdir. Nəyə görə həmin Əməkdar müəllim, Əməkdar elm xadimi onların qarşısında təzim etməyə, baş əyməyə hazır olan, onlara mənən borclu olan dünənki tələbəsindən - bugünkü deputatdan 35-40 dəfə az maaş alırlar?
Möhtərəm Prezidentimiz son bir ayda xalqımızın sosial şəraitinin, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün həqiqətən inqilabi qərarlar qəbul edib. Ölkədə minimum əmək haqqı, əhalinin müxtəlif təbəqələrinin maaşları Prezidentin son bir-neçə qərarı ilə kifayət qədər artırılb.
Ancaq təəssüf ki, nədənsə, həm keçən ilki, həm də builki artımlarda "Xalq", "Əməkdar" titulları olan bir sıra peşə sahibləri tamamilə unudulub, onları yada salacaq bir kimsə olmayıb. Ölkə rəhbərliyinə yaxın olan yuxarı strukturlardakı səlahiyyət sahiblərindən heç kəs onları yada salmayıb (necə ki onların səhvi üzündən dahi Nəsiminin obrazını çox böyük ustalıqla yaratmış görkəmli sənətkar Rasim Balayevin rəsmi dövlət tədbirinə dəvət edilməsi də unudulmuşdu...). Heç şübhə yoxdur ki, bəzi məmurların "unutqanlığı" (bəzən də bilərəkdən!) olmasaydı, respublikanın bu cür yüksək titullu, tanınmış adamları da keçən ildən bəri ən azı iki dəfə müvafiq artımlardan faydalanardılar.
Söhbət heç də toylarda, müxtəlif tədbirlərdə kifayət qədər gəlir əldə edən "toy" xanəndələrindən - Aygün Kazımova, Nadir Qafarzadə kimilərindən getmir. Onların qazancları yetərincədir. Şükür ki, Prezident təqaüdü alan Xalq artistlərinin, Əməkdar artistlərin də dolanışıq vəziyyəti yaxşıdır. Ancaq elə təvazökar, Prezident təqaüdü almayan (təbii ki, bu, ucdantutma hamıya verilə bilməz), yaşlı Xalq artistlərimiz, Əməkdar artistlərimiz var ki, onlar nə toya, nə də digər tədbirlərə dəvət olunmurlar. Uzun illər xalqa xidmət etmələrinə baxmayaraq, təqaüddən əlavə dövlətdən aldıqları cəmi 100 ("Əməkdar" titulu olanlar), 150 manatdır ("Xalq" titulu olanlar).
Axı, bu, heç bir məntiqə sığmır. Deputatların aylıq qazanclarının 5000-6000 manat olduğu, Prezident təqaüdçülərinin aylıq təqaüdlərinin 1700 manat olduğu nəzərə alınarsa, həmin 100-150 manat artıq təqaüddə olan, yaşlaşdıqca madddi ehtiyacları, qayğıları da artan 60-70 yaşlı sənət adamı üçün müqayisəyə gəlməyəcək dərəcədə azdır, təəccüb doğurur.
Axı, öz qüdrətli sənəti ilə bütün həyatını xalqa ləyaqətlə xidmətə həsr etmiş, lakin bunun müqabilində dövlətdən əlavə olaraq cəmi 150 manat alan Xalq artisti ilə 1700 manat Prezident təqaüdü alan Xalq artisti arasında fərq məgər 10 dəfədən də çoxdurmu? Axı, bu, açıq-aşkar olmasa da, gizli narazılıq doğurmurmu? O da Xalq artistidir, bu da! Niyə 10 dəfədən artıq fərq ilə?
Mənim Xalq artisti, Xalq rəssamı, Xalq şairi və yazıçısı, Əməkdar elm xaimi, Əməkdar mühəndis, Əməkdar jurnalist, Əməkdar həkim, Əməkdar müəllim və b. olan tanıdığım adamlar var ki, yaşları 60-70-i ötsə də, uzun illərin əmək, elm, sənət fəaliyyətləri müqabilində dövlətdən əlavə olaraq aldıqları cəmi 100-150 manatdır. Təsəvvür edirsinizmi? Əməkdar müəllim vaxtilə şagirdi, tələbəsi olmuş bugünkü deputatdan qat-qat az gəlirə malikdir.
Əlbəttə, mən qətiyyən o fikirdə deyiləm ki, "Xalq", "Əməkdar" fəxri titulları olanların hamısına verilən vəsait artırılsın. Ancaq çox yaxşı olardı ki, son illər işsiz qalaraq, aylıq gəliri olmayan, yaşı 55-60 dan yuxarı olanlara "Xalq" tituluna görə ən azı 1000, "Əməkdar" tituluna görə isə 700 manat vəsait ödənilsin. Nəzərə alınsa ki, keçən ilki və builki sosial artımlar həmin kateqoriyadan olan şəxslə şamil edilməmişdi, bu cür artım çox ədalətli olardı.
Təkrar edirəm, bu təklifim bütün fəxri titulları olanlara yox, yalnız müəyyən səbəbdən işləməyən, yaşı 55-60-ı keçmiş şəxslərə aiddir.
İnanıram ki, mənim bu təklifim möhtərəm Prezidentimiz tərəfindən razılıqla qarşılancaq və Azərbaycanın fəxri titulllarına layiq görülmüş təqaüdçülər diqqətdən, qayğıdan kənarda qalmayacaqlar.

Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.