Partiya sədri Azərbaycan xalqını təbrik edib
Tarix: 28-05-2019 13:38
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradan bir xalqdır. Bu, onu göstərir ki, xalqımız böyük xalqdır. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir.
Hazırkı Azərbaycan Respubikası da Xalq Cümhuriyyənin xələfidir. Biz xalq olaraq. müstəqiliyimizin daimi olmasına çalışmalıyıq. Bir daha xalqımızı təbrik edirəm. Yaşasın müstəqil Azərbaycan!".
Seçilmişlər
Ən çox oxunanlar