Natiq Ədilov tapıldı - Yenilənib
Tarix: 08-09-2014 23:42
"Azadlıq.info saytının yaydığı məlumata görə, N.Ədilovdan xəbər var. O, telefonunda nasazlıq yarandığından onunla əlaqə saxlamaq mümkün olmayıb.
***
Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov Gürcüstana getmək istəyərkən «Sınıq körpü» gömrük postundan buraxılmayıb.
Bu haqda partiyanın Qazax rayon şöbəsinin sədri Sabir Mikayılov məlumat verib.Şöbə sədrinin sözlərinə görə, Gürcüstana buraxılmayan Natiq Ədilov bir neçə yerli cəbhəçinin dəvəti ilə Qazax rayonuna yola düşüb. Bir müddət sonra isə onlarla əlaqə kəsilib. ("Azadliq radiosu")
Sabir Mikayılov deyir ki, bir neçə saatdır nə Natiq Ədilov, nə də onunla birlikdə olan digər cəbhəçilərin telefonuna zəng çatır, ona görə onların saxlanıldığını ehtimal edirlər: «Natiq bizim üzvlərimizdən birinə zəng vurub, bildirib ki, onu gömrükdən buraxmayıblar. Həmin üzvümüz də gedib gömrüyə, onunla görüşüb. Gömrükdən mənə zəng vurub dedi ki, Natiqi avtomobillə götürüb, rayona, evlərinə aparır. Bundan sonra bir neçə saatdır ki, nə Natiqə, nə də onun yanında olan digər şəxslərə zəng çatır. Ehtimal edirik ki, rayona getmək istəyərkən onları saxlayıblar».
Qazax Rayon Polis Şöbəsindən Natiq Ədilov və digər AXCP üzvlərinin saxlanmasından xəbərsiz olduqlarını bildirdilər. Bir müddət əvvəl Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olunub. O, narkotik ittihamı ilə saxlanıb. Natiq Ədilov qardaşının şərlənərək həbs olunduğunu, bunun qardaşıyla özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.
DİN-in təmsilçisi Ehsan Zahidov qəzetimizə açıqlamasında bildirib ki, N.Ədilovun polis tərəfindən saxlanması faktı doğru deyil.
Seçilmişlər
Ən çox oxunanlar