Rövnəq Abdullayevin oğlu siyasətə gəlir
Tarix: 24-09-2014 13:55
Son zamanlar bir sıra məmurların övladları siyasətə meyillənməkdədir. Hələ ki, özünü bu istiqamətdə doğruldan FHN-in rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovla, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Gunpress.az-ın məlumatına görə, indi isə bu sıraya ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevdir. Türkiyədə daha çox aktivlik göstərən Rəşad Abdullayev həm də “AZEDR” adlı təşkilatın rəhbəridir. Amma Rəşad Abdullayevin Türkiyədə ki, fəaliyyəti o qədər də normal qarşılanmayıb. Gunpress.az saytına daxil olan məlumata görə Rəşad Abdullayevin Türkiyədəki fəaliyyətinə kəskin reaksiya Azərbaycanın İstambuldakı baş konsulu Həsən Zeynalov tərəfindən gəlib. Həsən Zeynalov dəfələrlə rəsmi şəkildə XİN-ə müraciət edərək Rəşad Abdullayevin yad ideologiyalı insanlarla əlaqə qurduğunu bildirib və onun fəaliyyətinin dayandırılmasını istəyib.
Onu da qeyd edək ki, Rəşad Abdullayevin təşkilat rəhbəri olmasına Prezident Admnistrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov dəstək vermişdi.
gunpress.az
Seçilmişlər
Ən çox oxunanlar