Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"Heç "vor-zakon” da onun kimi..." - Əli İnsanovun ilk müsahibəsinə reaksiyalar

Tarix: 17-03-2019 16:13   
"Heç "vor-zakon” da onun kimi..." -

Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunması və həbsxana qapısındaca sərt açıqlamalar verməsi onun aktiv siyasətlə məşğul olacağını düşünməyə əsas verir. Sosial şəbəkədə sabiq nazirin ilk müsahibəsinə reaksiyalar da bu istiqamətdədir.

Ə.İnsanovun ilk açıqlamasına sosial şəbəkələrdə verilən bəzi şərhləri təqdim edirik. 

Politoloq Fərhad Mehdiyev bildirir ki, Əli İnsanov müsahibəsindən bu nəticələri çıxarmaq olar.

 

1. Özünü müxalifət sahəsinin bir oyunçusu hesab edir.

2. İfadəsinə görə, koalisiyaya üzv də ola bilər, kiməsə dəstək də ola bilər, amma özü də liderlik iddiasındadır.

3. Əli İnsanov puluna və adamlarına güvənir. Bilinən hal bu idi ki, bir xeyli ermənistanlının ağsaqqalıdır.

F. Mehdiyev hesab edir ki, Ə. İnsanov kütləvi və səmimi formada keçmiş əməllərindən peşmançılıq keçirdiyini dilə gətirməsə, müxalif kəsimdən dəstək ala bilməyəcəyi kimi, hökumət də onu ara-sıra keçmişi ilə ittiham edib etibarsızlaşdıracaq: "Əli İnsanov yaşlıdır, hər bir halda onun müstəqil bir lider kimi ortaya çıxması çətindir, tək hərəkət etsə marjinal olaraq qalacaq.

O, hal-hazırda şəxsi emosiyalarla çıxış edir; demokratik qüvvələrin koalisiyasında etibarlı bir partnyor sayıla bilməz. Əli İnsanov nepotizm yanaşmalarından əl çəkdiyini sübut etməlidir.

Hal-hazırda həm hökumət, həm də müxalifət Əli İnsanovdan öz maraqları üçün istifadə etməyə çalışacaq. Əli İnsanovun indiki konyekturada Milli Şura, xalq hərəkatl kimi qurumlara bütövləşmə və onun parçası olma ehtimalı azdır”.

Vəkil Osman Kazımov isə Əli İnsanovu azadlıqda olması münasibətilə təbrik edib: "Əli müəllim yeganə şəxsdir ki, müxalifət liderlərindən onlara qarşı yol verdiyi haqsızlığa görə üzr istəmişdi və türk olması ilə fəxr etdiyini bildirmişdi”.

Jurnalist Elnur Məhərrəmli isə bildirib ki, Ə. İnsanovun hələ həbsxananın qapısından aralanmamış belə sərt danışacağı bir qədər gözlənilməz olub: "Bu o deməkdir ki, hakimiyyət sabiq nazirlə hər hansı razılıq əldə etməyə nail olmayıb. Belə olduqda Əli İnsanova münasibətdə bundan sonra hansı siyasətin həyata keçiriləcəyi çox maraq doğurur. Bu adam siyasətə yeni bir rəng qatacaq...”.

Siyasi mühacir Laçın Məmişov bildirib ki, Ə. İnsanov ilk müsahibəsini və müxalifətə mesajını verdi: "Yəni deyir ki, siz mənə qoşulacaqsınız, mən sizə yox...”.

ADP mətbuat xidmətinin keçmiş rəhbəri Şahin Nəcəfov isə məsələni fərqli şərh edib: "Sözün həqiqi mənasında Əli İnsanov özünü ağır cayıl kimi apardı. Heç "vor-zakon” da onun kimi "prinsipial qaydalarla” yatmayıb. Yatdığı müddətdə bir dəfə ailəvi görüşdən istifadə etməyib. Ailə üzvünün heç birinə həbsxanaya gəlməsinə icazə verməyib, nə də heç vaxt qızına -yoldaşına zəng etməyib. Ümumi barakda yatıb , şəxsi otaqdan istifadə etməyib. Barakında qalan dustaqların kiminsə tərəfindən incidilməsinə imkan verməyib. Rəisin kabinetinin qapısını tanımayib. Bir sözlə dediyin cayıl...”/yenisabah