Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Vəzirov 27 il sonra danışdı: - ““Çox sağ olun” deməyi bacarmadılar”

Tarix: 27-02-2019 15:13   
Vəzirov 27 il sonra danışdı: - ““Çox sağ olun” deməyi bacarmadılar”

Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov  Rusiyada fəaliyyət göstərən "Paxlava Production” internet televiziyasına geniş müsahibə verib.

Bu, son 27 il ərzində Ə. Vəzirovun KİV-ə verdiyi ilk müsahibədir.

"Soyadımızı Mirzə Fətəli Axundov bizə verib”

Ə. Vəzirov müsahibədə uşaqlığından, valideynlərindən söhbət açıb: "Mən Bakıda anadan olmuşam. Valideynlərim isə Qarabağda doğulub. Babam Qarabağ xanının vəzirinin nəvəsidir. Qarabağ xanlığının vəziri Camal Cavanşir xalqımızın tarixində böyük rol oynayıb və mən bununla fəxr edirəm.  Mən həmişə bu şəcərəyə layiq yaşamağa çalışmışam. Daşıdığım Vəzirov soyadını götürməyi  babama böyük maarifçi yazıçımız Mirzə Fətəli Axundov təklif edib. Vəzir adını saxlamaq üçün…”.

Ə. Vəzirov valideynlərinin necə ailə qurmasından da danışıb: "Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji məktəbində oxuyub. O, Qaryagin (indiki Fizuli-red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Dudukçu kəndinin sahibi olub. Bu kənd vaxtıilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb. Bu evin yaxınlığında dayımın evi yerləşirdi. Anam yay tətilində bu evə tətilə gələrdi.  Atam neftçi idi və Qaryaginə məzuniyyətə gəlibmiş.  Nənəm oğluna fikir verib görüb ki, gənc qıza diqqət yetirir. Nəticədə belə alınır ki, partiyanın birinci katibinin bacısı bəy oğlu ilə Bakıya qaçır. Dayım mən dünyaya gələndən sonra bacısı ilə barışıb. Çox firavan uşaqlığım olub. Beş oğlu olan babam məni çox himayə edirdi. O həmişə deyirdi: "Hamısı sənə qurban!” Bağçaya getməmişəm. Atam və anam bizim bütün qayğımızı çəkiblər.  Onlar əmək adamları idi.  Uşaqlığım çöx sayda millətlərin yaşadığı məkanda keçib”.

"Qorbaçov 1985-ci ildə mənə Azərbaycana rəhbərlik etməyi təklif eləmişdi”

Müsahibədə müharibədən, Stalindən, komsomol fəaliyətindən, Qaqarinlə dostluğundan danışan Ə. Vəzirov daha sonra Azərbaycana rəhbərlik etməsi ilə bağlı tarixə toxunub. Onun sözlərinə görə, SSRİ rəhbəri Mixail Qorbaçov baş katib seçildikdən az sonra ona Azərbaycana rəhbərlik etməyi təklif edib: "Hələ 1985-ci ildə Qorbaçov mənə Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Digər tərəfdən respublikada keçmişdən necə ağır miras qaldığını bilirdim. Başa düşürdüm ki, mən Azərbaycanda əvvəlki siyasət nəticəsində formalaşmış hakimiyyətdəki qüvvələrlə bacara bilmərəm. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi”.

Daha sonra Ə. Vəzirov Azərbaycana necə rəhbər təyinatı almağından söz açıb: "1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və  yenidən Azərbaycana rəhbərlik etməyi  təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir.  Qorbaçov mənə dedi: "Rəhman, partiyaya kömək etmək lazımdır”.  İlk vaxtlar kömək etməyə çalışdım.  Sonra Qorbaçov  hər şeyi yerlə-yeksan etdi.  Mən o dövrün yeganə vəzifəli adamlarındanam ki, Qorbaçov haqqında pis heç nə danışmamışam. Çünki ali mərtəbədə olmağın nə olduğunu yaxşı bilirəm. Orada hansı küləklərin, hardan hara əsdiyini bilirdim”.

"Ermənilər zəlzələ zamanı ölmüş xilasedici itə başsağlığı verdilər, bizə yox!”

Ə.Vəzirov Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən, Azərbaycanın ora necə yardım göndərdiyindən də danışıb. Onun sözlərinə görə, zəlzələ baş verdikdən 1 saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb:  "Dedim ki, yardım prosesində iştirak etməliyik.  Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq.  Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”. 

Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib: "ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu.  Dedi"hər şeyi  bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, "düşünərəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar”. Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər. Yerevana gəldik. Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, oturduğu mikroavtobusa mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə "Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. Yerevana gəlmiş yüksək sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, Yerevanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. Yerevandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə "çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq”.

"Ermənistandan gələn qaçqınlar Qarabağda yerləşdirilmək təklifini rədd etdilər”

Ə. Vəzirov uzun illər mübahisə doğuran bir sualı da cavablandırıb.  O dövrdə əsas ittihamlardan biri Ermənistandan qovulmuş qaçqınların nə üçün Dağlıq Qarabağda yerləşdirilməməsi idi. Ə.Vəzirov deyib ki, bu deyilənlərin heç bir əsası yoxdur: "Biz Ermənistandan qovulmuş azərbaycanlıları harada yerləşdirilməsi ilə bağlı məsələni müzakirə edirdik. Bu, çox ağır məsələ idi. Biz çıxış yolunu tapdıq. Bu köçkünləri Qarabağa göndərmək təklifi çox kəskin reaksiya doğurdu. Qaçqınların ağsaqqaları ilə görüşdə onlar dedilər ki, biz canımızı onlardan güclə qurtarmışıq, siz yenə onların yanına göndərirsiniz. Mən hesab edirəm ki, bu qərar çöx böyük toqquşmalara səbəb ola bilərdi. Ona görə qərara alındı ki, bu adamları müxtəlif rayonlarda yerləşdirək. Bakıda isə bir sıra qüvvələr onları öz yanlarına çəkməyə  başladılar. Azərbaycan Xalq Cəbhəsinin nufuzu elə həddə düşdü ki, onların mitinqlərinə daha gələn olmurdu. Mitinqə Ermənistandan qovulmuş qaçqınları gətirməyə başladılar. Odur ki, qaçqınların Dağlıq Qarabağda yerləşdirilməməsi səhv deyildi. Mən köçkünlərin ağsaqqalları ilə görüşdüm. Onlar bu təklifdən qətiyyətlə imtina etdilər. Biz Ağdam və Şuşa partiya komitələrinin rəhbərləri ilə – Şuşa partiya komitəsinin rəhbəri Vaqif Cəfərovla – danışdıq və Ermənistandan qovulmuş qaçqınlarn bu ərazilərdə yerləşdirilməsini istədik.  Lakin onları aparmaq üçün ayrılmış avtobuslara minmək üçün heç kim gəlmədi.  AXC və bizi istəməyən digər qüvvələr onları şəhərdə saxlaya bildilər”.

"18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim”

Ə. Vəzirov 20 yanvar 1990-cı il Bakıda baş vermiş qanlı qırğınla bağlı danışmaqdan yayınıb. O, yalnız bildirib ki, ordunun Bakıya yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub.

Ə.Vəzirov deyib ki, Moskva ilk vaxtlar Qarabağla bağlı yaxşı mövqe tutmuşdu: "Sonra hərcmərclik  başlandı.  Sözdə bir şey deyirdilər, əməldə başqa addım atırdılar. Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim.  18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da XİN-ə qayıdım. Mən isə bəyan etdim ki, sizinlə daha işləmək istəmirəm. Bundan sonra mən Qorbaçovla heç vaxt görüşmədim. Belə arzum da yoxdur. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim”.

Daha sonra Ə. Vəzirov maraqlı etiraf edib. O bildirib ki, 90-cı illərdə Azərbaycana gəlib: "Bu illər ərzində bir neçə dəfə Azərbaycana getmişəm. Dəqiq neçə dəfə olduğumu deyə bilmərəm. Anam vəfat edəndə Bakıya gəldim. Digər  tədbirlərdə də  iştirak etmək üçün Azərbaycana gəlmişəm. Amma bu, çoxdan – 90-cı illərdə olub”…

Xatırladaq ki, Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Vəzirov həmişə Bakıya ordunun çağırılmasında ittiham edilib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 89 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Strateq.az