Sabiq deputat Xıdır Alovlu vəfat etdi
Xəyanətkar erməni xislətinə gənc yaşlarından bələd olan Xıdır Alovlu daşnak siyasətinə qarşı mübarizəyə hələ məktəb illərindən qoşulmuşdu. Ermənilərin vəhşi bir xalq, Azərbaycan torpaqlarına iddialı olduqları barədə dəfələrlə Moskvaya kəskin tələblə məktublar yazmış, Göyçə və Zəngəzur əhalisinin zorla Azərbaycanın susuz-quraqlıq, qızmar çöllərinə köçürülməsinə qarşı kəskin etirazını bildirmişdi. Ona görə də hələ 17 yaşından - 1956-cı ildən başlayaraq 4 dəfə ittiham edilmişdi.
O, Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru, İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmış, 1993-cü ildən YAP-ın Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü, Milli Məclisin deputatı olmuşdu.
Xıdır Alovlu erkən yaşlarından şeir yazmağa başlamış, Sumqayıtda yaşayıb-yaratmış, 10-dan artıq şeir və ictimai-publisistik kitabların, həmçinin iqtisadiyyata, ölkənin təhlükəsizliyinə, sosial həyata aid onlarla məqalənin müəllifi idi. Dövlət müstəqilliyimizin xilaskarı və təminatçısı Ulu öndər H.Əliyevə həsr etdiyi poema və şeirləri, publisistik yazıları əliyevşünaslığa ən böyük töhfə, ən gözəl nümunələrdir
Allah rəhmət eləsin!