Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“Qoy yolumuz açıq olsun!” – İlham Əliyev

Tarix: 20-09-2014 13:46   
“Qoy yolumuz açıq olsun!” – İlham Əliyev
Bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi başlayıb.


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, bir sıra ölkələrin dövlət başçıları, rəsmi şəxslər iştirak edirlər. Tədbirdə çıxış edən İ. Əliyev deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsi tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır: “Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək”.

İlham Əliyev qeyd edib ki, tranzit ölkələr - onlar eyni zamanda istehlakçı ölkələrdir, istehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar: "Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir və təsadüfi deyil ki, 3 il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq. Enerji təhlükəsizliyi, əslində, hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik".

İ. Əliyev qeyd edib ki, “Şahdəniz” qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür: "Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir və Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var, o mənbələrdən Avropa qidalanır, o mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hal-hazırda Azərbaycandır".

Azərbaycan Prezidenti əminliyini bildirib ki, enerji təhlükəsizliyi, marşrutların diversifikasiyası, şaxələndirilməsi, hasilatçı, tranzit, istehlakçı ölkələrin birgə fəaliyyəti uğur gətirəcək: "Çünki bu işlərdə çox ciddi koordinasiya aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi – Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq".

İlham Əliyevin sözlərinə görə, Azərbaycan qazın istehsalçısı kimi öz resurslarını dünya bazarlarına çıxaracaq və ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər: "Ona görə də burada koordinasiya işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün bu salondadır. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və bizim komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!".