“Gənclər siyasəti bizi stimullaşdırır” mövzusunda tədbir keçirilib
Tarix: 23-02-2015 00:48
Sumqayıtda yerləşən “Reduco” Tədris Mərkəzində “Gənclər siyasəti bizi stimullaşdırır” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Tədris Mərkəzinin koordinatoru Yunis Əliyev prezident İlham Əliyevin gənclərə qayğısından, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. Koordinator bildirib ki, gənclərin yüksək təhsil alması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” isə gənclərə dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil ocaqlarında təhsil almağa imkan verdi”.
Mərkəzin meneceri Vüsal Məmmədov isə Azərbaycan Prezidenti yanında Gənclər Fondu barədə məlumat verərək hər bir gəncin ideyasını fərdi layihə şəklində həyata keçirməyin mümkünlüyünü bildirdi, tədbir iştirakçılarının layihə yazılışı ilə bağlı suallarını cavablandırdı.
Seçilmişlər
Ən çox oxunanlar