Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Müqəddəs qanın töküldüyü torpaq...

Tarix: 20-11-2020 16:48   
Müqəddəs qanın töküldüyü torpaq...
Ata, uğrunda canını fəda etdiyin Ağdam düşmən tapdağından azad olundu. Daha sənin və minlərlə döyüş yoldaşının qanı töküldüyü o torpaq erməni əsgərinin ayağı altında əzilmir.

Düz 26 il 9 gün sonra müzəffər Azərbaycan əsgəri Ağdamda şanlı bayrağımızı ucaltdı. İndi ruhunuz rahat olar. Daha məzarındakı şəkildən mənə üzgün, narahat, bir az da gileyli baxmazsan. Yəqin ki, hər dəfə Şəhidlər Xiyabanına sizləri ziyarətə gələndə nə qədər boynubükük, aciz, çarəsiz olduğumu hiss edirdin. Çox çarəsiz idim...
Nə edim, atamın qisası alınmayıb, yurdum tapdaq altında qalıb, sənin qanın tökülən torpağa düşmən ayağı dəyir və mən, eləcə də biz çarəsiz idik. Biz bu çarəsizliyi çox çəkdik. Dözülməz bir hiss idi, amma dözdük. Bu illər ərzində Dövlət Babanı da çox qınadım, sitəm etdim. Niyə axı? Niyə biz bu çarəsizliklə yaşamalıyıq? Axı, biz çarəsiz olacaq xalq, dövlət deyilik? Bu suallar hər zaman içimi yeyirdi...

Və nəhayət o qərar verildi. Şanlı Azərbaycan Ordusu birinci Qarabağ savaşında açdığınız çığırla zəfərə yürüdülər. Hansı ki, Siz o cığırla cənnətə yürümüşdünüz. O alınmaz qala – Şuşa düşməndən yalın əllə geri alındı. Tarix yazdı xələfləriniz. Yəqin ki, artıq o qəhrəman oğulların bir qismi ilə artıq Şəhidlər Diyarında – cənnətdə görüşmüsünüz. Güman ki, qələbə müjdəsini də onlar veriblər sizə. İndi ən böyük çal-çağır Sizin diyardadır, cənnətdə.
Bəzən elə ürəyimdən keçir ki, Sizin yanınızda olam. Nə gözəl məclis, bir yanımda şəhid atam, bir yanımda Raquf Orucov, o biri tərəfdə Polad Həşimov, Əliyar Əliyev, Allahverdi Bağırov, Şirin Mirzəyev...və neçə-neçə qəhrəmanlar. Görünür, Allah bu şərəfi bizə nəsib etməyi məqbul saymayıb. Nə edək, təki Vətən sağ, sizin ruhunuz şad olsun.

Ata, son nəfəsini necə verdiyini döyüş yoldaşların danışıb. 1993-cü il, aprelin 11-də Ağdamda son döyüşün oldu. Sayca sizdən bir neçə dəfə çox olan düşmən qarşısında kişi kimi vuruşdunuz. Son damla qanına qədər vuruşmağın nə olduğunu sübut elədiniz. Dostların deyir ki, saatlarla döyüş meydanında yaralı qalan Əhməd öz qanı ilə torpağı suvardı. 26 il sonra qanınla suvardığın Ağdam torpağında Böyük Qələbə cücərdi. İndi davamçılarınız müqəddəs qanınızın töküldüyü torpağa şanlı bayrağımızı sancdılar. Yəqin ki, Qarabağa ilk səfərim Ağdama olacaq. Sənin müqəddəs qanının töküldüyü torpağı öpmək üçün...

Zaur ƏHMƏD