Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Əlcəzair və Misir mediası Gəncə terrorundan yazdı

Tarix: 23-10-2020 16:57   
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazdı
Jurnalist, “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Əlcəzair, Misir mediasında Ermənistanın Gəncədə törətdiyi terror aktları ilə bağlı yazı dərc olunub. “Ermənistan Azərbaycanda mülki əhaliyə raket zərbələri endirir” başlığı və “Gəncədə törədilən terror aktı uşaqların həyatına son qoydu” yarımbaşlığı ilə dərc olunan məqalədə erməni vandalizmindən söhbət açılır. Yazını olduğu kimi təqdim edirik:


-Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində toqquşmalar davam edir. Ermənistan Azərbaycan torpaqlarının 20 fazinindən çoxunu işğal altında saxlamasına rəğmən yenə də Azərbaycana qarşı hücumlara başladı. Azərbaycanın sülh yolu ilə Ermənistanın işğalda saxladığı torpaqlarından çıxmasına diplomatik səy göstərdiyi halda İrəvan daim qeyri-konstruktiv mövqe sərgiləyərək təxribatlarını davam etdirdi və sülh danışıqlarını pozdu. Yenidən Azərbacan ərazilərinə, xüsusilə də mülki əhalinin yaşadığı və hərbi birləşmələrin olmadığı yerlərə ağır silahlardan atəş açmağa başladı.

Onu da bildirək ki, Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874, 884-cü qətnamələrinə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Amma Ermənistan bu qərarı heçə sayaraq işğalı davam etdirir.

Sülh danışıqlarının nəticə vermədiyini və Ermənistanın mülki əhaliyə qarşı terror hücumlarını davam etdirdiyini görən Azərbaycan əks-hücum əməliyyatlarını başlamağa qərar verdi. Azərbaycan cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını əngəlləməyə və öz torpaqlarının işğaldan azadetmə əməliyyatına başladı. Amma Ermənistan yenə də mülki əhalini hədəfə alaraq, bu dəfə cəbhədən 100 kilometr kənarda yerləşən və heç bir hərbi birləşmələr olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə böyük dağıdıcı gücə malik reketlərlə zərbələr endirməyə başladı.

İlk zərbə oktyabrın 11-də gecə saat 02 radələrində oldu. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həyatını itirdi. 34 nəfər, o cümlədən 10 qadın və 9 uşaq isə xəsarət aldı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici mediaya bu barədə məlumat verdi və Azərbaycanda fəaliyyət göstərən xarici diplomatları Gəncəyə dəvət etdi. Diplomatlar ermənilərin Gəncədə törətdiyi terror aktlarını öz gözləri ilə gördülər.
Amma Ermənistan beynəlxalq hüququ və dünya ictimaiyyətini heçə sayaraq növbəti dəfə - oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissələrini daha çox dağıdıcı gücə malik raketlərlə atəşə tutdu. İnsanların yaşadığı binalar yerlə bir oldu. Nəticədə 13 nəfər həyatını itirdi, 48 nəfər xəsarət aldı.
Həyatını itirmiş insanlardan 4-ü qadın, 3-ü isə azyaşlıdır. Xəsarət almış mülki şəxslərdən isə 20-si qadın, 5-i azyaşlıdır. Bundan başqa, 2 uşaq itkin düşüb.

Azərbaycanın Baş Prokurorluğundan verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək aralarında uşaqlar və qadınlar olmaqla 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir. Bu rəqəmlər hər gün artmaqdadır.

Bütün bunları Ermənistan törətdiyi halda erməni lobbisi yenə də xarici mediada yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətin diqqətini bu insanlıqdan kənar hadislərdən, mülki insanlara qarşı törədilən terror aktından yayındırmağa çalışıdı.

Bütün bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna duyarsız qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var...
Yazılara bu linklərdən baxmaq mümkündür

https://alharir.info/%D8%A3%D8%B1%D9%85%D9%8A%D9%86%D9%8A%D8%A7-%D8%AA%D8%B7%D9%84%D9%82-%D8%B5%D9%88%D8%A7%D8%B1%D9%8A%D8%AE-%D8%B9%D9%84%D9%89-%D8%A7%D9%84%D8%B3%D9%83%D8%A7%D9%86-%D8%A7%D9%84%D9%85%D8%AF%D9%86%D9%8A/


https://www.asiaelyoum.com/93281/2020/10/23/%d8%a3%d8%b1%d9%85%d9%8a%d9%86%d9%8a%d8%a7-%d8%aa%d8%b7%d9%84%d9%82-%d8%a7%d9%84%d8%b5%d9%88%d8%a7%d8%b1%d9%8a%d8%ae-%d8%b9%d9%84%d9%89-%d8%a7%d9%84%d8%b3%d9%83%d8%a7%d9%86-%d8%a7%d9%84%d9%85%d8%af/