Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB yeni sayıt yaradır
Tarix: 12-08-2020 11:25
Qısa zaman kəsimində, dünyanın ictimai ahənginə ciddi təsir göstərən COVİD-19 pandemiyasının aradan qaldırılması məqsədilə, ümumiyyətlə dünya əhalisinin bu problemdən az itki ilə çıxması üçün ayrı-ayrı ölkələr müxtəlif istiqamətli fəaliyyət planları hazırlayırlar. Sözsüz ki, dünyanın bir parçası olan Azərbaycanda bu yönümlü fəaliyyətlərini davam etdirir.
Daim bu cür səmərəli fəaliyyətlərə dəstək verən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqəsinin qaliblərindən olan Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi ölkə vətəndaşlarının maarifləndirilməsini problemin həllində ən vacib amil olduğunu düşünür. Belə ki, İctimai Birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sağlamlıq.info portalını yaratmaqistiqamətində fəaliyyətə start verib. Təşkilatın sədri Əli Cəfərovun əməkdaşımıza verdiyi məlumata görə layihə çərçivəsində yaradılacaq elektron portalın domeni artıq rəsmi şəkildə alınıb.
Mütəxəssislər tərəfindən portalın qurulması işlər davam edir. “Yəqin ki, yaxın günlərdə portal oxucuların ixtiyarına veriləcək. Onu da qeyd edim ki, yeni təsis etdiyimiz elektron portalda səhiyyə, ekologiya, elm və digər bölmələr olacaq. Ən ali məqsədimiz xalqın maarifləndiriləmsidir. Hesab edirəm ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-i bu işin öhdəsindən layiqincə gələcək” – deyən təşkilat sədri əlavə olaraq qeyd edib ki, portal müxtəlif dövlət və qeyri-dövlət təşkilatları ilə də sıx əməkdaşlıq edəcəkdir.
Seçilmişlər
Ən çox oxunanlar