Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Azərbaycanlı jurnalist ümummili liderin 97 illiyini Misir mətbuatında qeyd edib

Tarix: 08-05-2020 11:10   
Azərbaycanlı jurnalist ümummili liderin 97 illiyini Misir mətbuatında qeyd edib
Azərbaycanın tanınmış jurnalisti, "Xalq Cəbhəsi" qəzetinin müxbiri Cavid Şahverdiyevin Misirin məşhur http://www.shbabalnil.com saytında ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı yazısı çap edilib.

“Cavid Şahverdiyev yazır: Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü” başlıqlı yazıda müəllif Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti tarixində yeri və rolundan bəhs edib.

C.Şahverdiyev qeyd edib ki, ölkəmizin milli dövlət ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir tariximizdə fövqəladə yeri var. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.
Yazıda 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummili liderin Azərbaycanı bədbinlikdən çıxardığı, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşdığı, təhlükəsizliyinin təmin edildiyi, ölkə iqtisadiyyatının inkişaf etdiyi vurğulanıb.

Daha sonra ölkənin sosial və iqtisadi inkişafını təmin etmək üçün atılan ən vacib addımlardan birinin bu gün təkcə Azərbaycanda deyil, həm də dünyanın neft strategiyası və siyasətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" nin imzalanması qeyd edilib. Müəllif yazıb ki, ilk dəfə 8 ölkəni əhatə edən bu saziş, sonrakı illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə 26 başqa sazişin imzalanmasına yol açdı. Əldə olunan razılaşmalara görə ölkənin neft sektoru sürətlə inkişaf etdi, qeyri-neft sektorunun inkişafı təmin edildi və ölkənin aldığı pullar hesabına əhalinin sosial problemləri həll edildi. Bu gün güclü iqtisadiyyata malik olan Azərbaycan dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Dünyada güclü bir ordusu var və bu gün dünyanın qabaqcıl ölkələri Azərbaycanla hesablaşır. Azərbaycan bir sıra böyük beynəlxalq iqtisadi layihələrin müəllifinə çevrilib. Dünyanın enerji təchizatçısıdır. Zəngin və firavan bir ölkəyə çevrilən Azərbaycan Cənubi Qafqazda liderdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın adı fəxrlə çəkilir.

Beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünya ölkələrinin yollarını özündə birləşdirdiyini qeyd edən müəllif vurğulayıb ki, Azərbaycan deyildikdə Heydər Əliyev yada düşür. Müasir və güclü Azərbaycan onun adı ilə bağlıdır. Hər bir uğurumuzda onun izi görünür. Nə qədər ki, Azərbaycan tarixdə var, Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Xalqımız bu gün Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatda hiss edir, onunla yaşayır və mirasından bəhrələnir.
C.Şahverdiyev yazının sonunda qeyd edib ki, bu siyasətin icraçısı ulu öndərimizin böyük siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam edir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurunun əsasını təşkil edir və gələcəyə yönəlmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq.