Nazirlikdən jurnalistin həkimlərlə bağlı ittihamına CAVAB
Tarix: 13-09-2019 11:30
Səhiyyə Nazirliyi Unikal.org xəbər portalının idman yazarı Aygün İlqarqızının 5 saylı Şəhər Klinik Xəstəxanada işləyən həkimlərlə bağlı ittihamına cavab verib.
GÜNpress.az xəbər verir ki, qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xanım səhv diaqnoz qoyulduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər:
“Hüquqi dövlətdə mübahisəli məsələlər məhkəmə yolu ilə həll edilir. Həmin xanım bu hüququndan istifadə edib həkimi məhkəməyə verə bilər. Həkimin səhv diaqnoz qoyub qoymaması məhkəmədə araşdırılmalı və onun hərəkətinə hüquqi qiymət verilməlidir”.
Qeyd edək ki, A. İlqarqızı bir neçə gün öncə ağır vəziyətdə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona korbağırsaq və sağ doğuş borusunun cərrahi əməliyyatı təyin edilsə də, ağrıkəsicilərlə sabaha kimi gözləməyi məsləhət görüblər.
Ağrılar şiddətləndiyi üçün gənc jurnalist Diaqnoz Tibb Mərkəzinə aparılıb. İlkin müayinədə müəyyən olubun ki, 5 saylı xəstəxanada ona yanlış diaqnoz qoyulub. O, qarın boşluğunun sağ yumurtalığında kista partlaması nəticəsində daxili qan axma diaqnozu ilə əməliyyat olunub. Hazırda vəziyəti normaldır.
Seçilmişlər
Ən çox oxunanlar