Jurnalist Səxavət Məmməd həbs edilib
Tarix: 27-05-2019 16:52
"Yeni çağ" saytının əməkdaşı Səxavət Məmməd bu gün Ağdamda həbs edilib.
Bu barədə saytın baş redaktoru Aqil Əlsəgər məlumat verib.
Onun sözlərinə görə, Səxavətin həbsində rəsmi motiv alimentin ödənilməməsidir: "Məhkəmə günü ona təqdim olunan hesaba bir ildir pul ödəmədiyi ittihamı irəli sürülüb. Hakim isə gözü önündə baş verənləri görməyərək, həm də yurdu-yuvası bilindiyi halda axtarışa verilən, axtarışa verildiyi üçün özü şəxsən Ağdam Polisinə gedən jurnalist haqqında son dərəcə ədalətsiz qərar çıxararaq, 10 sutka həbs cəzası verib".
Baş redaktor bildirib ki, biz dostları, həmkarları olaraq, o məbləği ödəyəcəkləri haqda hakimə müraciət edilib: "Hətta hesab nömrəsini də tələb etmişik. Sabah Gəncə Appelyasiya Məhkəməsinin verəcəyi qərarı gözləyirik".
Seçilmişlər
Ən çox oxunanlar