Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

““Sputnik”in burada pulunu verən kimdir?” – Mehman Əliyev

Tarix: 08-03-2019 11:54   
““Sputnik”in burada pulunu verən kimdir?” – Mehman Əliyev 

"Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev "Hürriyyət”ə açıqlama verib.

GÜNpress.az xəbər verir ki, o açıqlamasında deyib ki, "Sputnik”i izləmir: "Maraqlanmıram ki, onlar nə yazırlar, mənim səlahiyyətim deyil, nə də ona vaxtım yoxdur. Amma bilirəm ki, Azərbaycanda xarici kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir və Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzinin binasında yerləşir. Ümumiyyətlə, Rusiyanın kütləvi İnformasiya vasitələri bu binada yerləşdirilir, amma bilmirəm, onlardan pul alırlar, yoxsa yeri onlara pulsuz verirlər. Açığını deyim ki, onların fəaliyyətini izləmək və mövqe bildirmək onların işidir. Çünki bizlə bağlı mövqe bildirirlər, araşdırma aparırlar, ancaq bizdə fəaliyyət göstərən Rusiya mediası "Sputnik Azərbaycan”ı araşdırmırlar. Hesab edirəm ki, ilk növbədə, "Sputinik Azərbayacan”la bağlı Əli Həsənov açıqlama verməlidir. Çünki onlar onu izləməlidir, onların borcudur. Mən eşitmişəm o redaktor antierməni mövqeyinə görə işdən çıxarılıb, bu barədə danışırlar. Ancaq yenə də qeyd etmək istəyirəm ki, mənim "Sputnik Azərbaycan”ın fəaliyyətindən şəxsən xəbərim yoxdur. Ona görə, nəsə deməyə çətinlik çəkirəm. Əgər mən onların yazılarını oxumuramsa, bilmirsə, mən onu necə qiymətləndirim? O redaktor nə yazıb, onun mövqeyi necədir, bilmirəm. O, özü mətbuat konfransı keçirsin, açıqlama versin ki, "Sputinik”in Azərbaycanda fəaliyyəti nədir, agentliyin rəhbəri Simonyan ondan nə tələb edirdi, ondan nə istəyirdilər, o nəyə razı deyildi, bunların hamısının açqlanması vacibdir”.

"Mətin Yaşaroğlunun işdən çıxma səbəblərini açıqlamaması ona qarşı təzyiqlə bağlı ola bilərmi” deyə sual etdikdə M.Əliyev belə dedi: "Bunu ondan soruşmaq lazımdır. Əgər buna görə işdən çıxarılıbsa, özü dursun, desin ki, ona nə tapşırıqlar veriblər, hansı tapşırıqları yerinə yetirmək istəməyib və o, hansı mövqe ilə razı deyil. Yəni bununla bağl açıqlama olsaydı, biz də baxardıq, mövqe bildirərdik və deyərdik bunu etmək lazımdır. Amma ilk növbədə, burada dövlətin mövqeyi olmalıdır. Dövlət onların monitorinqini aparmalıdır, izləməlidir ki, burada nə işlə məşğuldurlar.Ümumiyyətlə, mənim üçün maraqlıdır, onun burada pulunu verən kimdir? Kimin hesabına burada oturublar? Bu, Azərbaycan-Rusiya ərazisində olan müştərək müəssisədirmi, ya başqa bir şeydir? Və nəyə görə Rusiya kütləvi informasiya vasitələrinin ofisləri Əli Həsənovun binasında yerləşir, ümumiyyətlə, o nə deməkdir? O, prezidentin köməkçisidir. Bu, şəxsən mənim üçün qaranlıqdır. Amma yenə deyirəm, mən izləsəydim, qiymət verərdim, deyərdim ki, aparılan tədqiqat nəticəsində mən bunu deyə bilirəm, amma məndə bu məlumat yoxdur. Amma bütövlükdə mən deyə bilərəm ki, "Sputnik” informasiya vasitəsi "Russia Today”in tərkib hissəsidir. "Russia Today” nə ilə, hansı təbliğatla məşğuldrsa, həmən "Sputnik” də onunla məşğuldur, o xətti tutub. Bunu bütövlükdə belə görürəm, amma Azərbaycanda fəaliyyət göstərən bu kütləvi infomasiya vasitəsinə konket irad bildirməyə çətinlik çəkirəm deyəm ki, filan vaxtı bu məqalədə bunu yazıblar, filan vaxtı bunu ediblər, məndə o baza yoxdur, deyə bilmirəm”.

""Russia Today”in mövqeyi necədir ki, deyirsiniz "Sputnik” lə eyni xətti tutur” sualına M. Əliyev belə cavab verdi: "Qeyd etdiyim kimi, "Sputnik” informasiya vasitəsi onun tərkib hissəsidir. Ona görə də bütövlükdə ""Russia Today” təbliğatçı bir informasiya vasitəsdir. Yəni Kremlin siyasətini birbaşa aparan, obyektiv, balansı olmayan və qərəzli bir kütləvi informasiya vasitəsidir. Necə ki, Rusiyanın daxilində işləyir, o cümlədən xaricdə işləyir. Ona görə də bu məsələyə ciddi baxılmalıdır. Ümumiyətlə, bunları izləmək, irad bildirmək dövlət orqanlarının işidir”.