Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"Televiziyalar da xoşagəlməyən, sırtıq verilişlərini yığışdırmalıdırlar" - Hafiz Hacıyev

Tarix: 19-12-2019 17:45   
"Televiziyalar da xoşagəlməyən, sırtıq verilişlərini yığışdırmalıdırlar"
Son dövrlər sosial şəbəkələrdə tanış olduqları kişilər tərəfindən aldadılan qadınların və qızları sayı artıb. Təəssüf ki, bir çox qızlar evli kişilər tərəfindən aldadılır.

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bəzi hacıların və bu kimi hadisələrin televiziyalarda işıqlandırılması boşanmaların sayını artırır: "Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi hazırda bu işlə məşğul olmur. Niyə məşğul olmaması da çox maraqlıdır. Özünüz bilirsiniz ki, Azərbaycanda statistik məlumatlarda göründüyü kimi boşanmaların sayı artıb. Bu da gələcəkdə ölkəmizdə əhali sayının artmasına mənfi təsir göstərir. Dövlət kimi bizim imkanlarımız var ki, 20-30 milyona kimi əhali sayımız artsın. Boşanan qızlarımız məcburdurlar ki, kimlərisə tapsınlar. Mən bu məsələlərə çox pis baxıram. Sosial şəbəkələrdə bu cür halların artması məni çox narahat edir. Bununla yanaşı bizim televiziya kanallarımızda da hazırlanan verilişlər də oğrunun yadına daşı salır. Bütün gün ailə məsələlərini müzakirə edirlər. Təbii ki, bu da ailələrdə aradakı pərdənin qalxmasına səbəb olur".

Hafiz Hacıyev qeyd edib ki, ailə məsələrin bu cür ictimailəşdirilməsi bizim əleyhimizə işləyir: "Bununla bağlı ciddi tədbirlər görülməlidir. Dövlətimizin bununla bağlı xüsusi qanunu olmalıdır. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən ciddi addımlar atılmalıdır. Məktəblərdə maarifləndirmə işləri görülməlidir. Ölkə başçısı tərəfindən ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılır. Düşünürəm ki, bu məsələlərdə hamımız əl-ələ verib maarifləndirmə işlərini gücləndirməliyik. Qızlarımızı düzgün olmayan yollarda çəkindirməliyik. Gedirlər sosial şəbəkələrdə təsadüfi tanış olurlar. Sonu da ölümlə nəticələnir. Yaxud da qadınlarımız aldadılır, pis yollara düşürlər. Bu cür xoşagəlməz halların baş verməməsi üçün hər birimiz öz dəstəyimizi əskik etməməliyik. Bizim partiyamızın qadın təşkilatları ilə dəfələrlə bu barədə söhbətlərimiz olub. Bu sahədə maarifləndirmə işlərinin aparılması üçün rayon təşkilatlarımıza göstərişlər vermişik. Qadınlar bizim başımızın tacıdır. Neyləmək olar, qadınlarımız müəyyən təlabatlarına görə hər əzab-əziyyətə dözməli olurlar. Mən internetdə tanış olma məsələsinə çox pis baxıram. Azərbaycanın milli dəyərlərinə uyğun deyil. Bilmirsən ki, kompüterin o biri tərəfində oturan kimdir. Ola bilər, yaxşı geyinib şəkilini paylaşsın. Bu hələ onun yaxşı olması demək deyil. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi üzərinə düşən öhdəlikləri dərk etməlidir. Bilməlidir ki, bütün gün ofisdə oturmaqla iş getmir. Onlar maarifləndirmə işləri görüb, qadınların iş yerləri ilə təmin edilməsi məsələsində kömək etməlidir. Gənc və yeni ailələrlə işlər aparmalıdırlar. Bu gün evlənib, 5 gün sonra boşananların sayı çoxalıb. Bunun qarşısı alınmaldır. Televiziyalar da xoşagəlməyən, sırtıq verilişlərini yığışdırmalıdırlar".

Hafiz Hacıyev vurğulayıb ki, xanımları aldadanların bir çoxu "həci"lərdir: "Allah bu "həci"lərin kökünü kəssin. Onlar elə sırtıqdırlar ki, hərəsi saqqal saxlayıb, molla paltarını geyinib, başlarınana əmmamə taxıb özlərinə 9-10 kəbbin kəsirlər. Onlar çox sırtıq insanlardır. Onlarla bağlı hüquq-mühafizə orqanları da çox ciddi addımlar atmalıdır. Əgər belə faktlar varsa, biz onları ifşa etməliyik. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əlində bununla bağlı faktlar varsa hüquq-mühafizə orqanlarına təqdim etməlidir. Bu gün bəzi mollalar ən əxlaqsız insanlardır. Ən əxlaqsız hərəkətləri qeydirmə mollalar, "həci"lər edir. Onların yalançı "həci" belləri qırılsın. Azərbaycanda əxlaqsızlığın kökündə saxta "həci"lər durur. Gərək hər əmmamə geyinənə qadınlarımız, qızlarımız aldanmasın. Hüquq-mühafizə orqanları bu məsələdə ciddi mövqelərini ortaya qoymalıdır. Onların Qadın alveri ilə məğul olmalarına imkan verməməlidir. Qeyrəti olan Azərbaycan kişisini bu cür hallar üzür. "Həci"lər ailəli olan qadınlarımızı aldadıb özlərinə siğə edirlər. 10 gündən sonra da atırlar. Bütün bunlarla bağlı ciddi tədbirlər görülməlidir".