Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Pul və karyera haqqında fəlsəfi esse II Yazı

Tarix: 09-09-2014 00:32   
Pul və karyera haqqında fəlsəfi esse II Yazı
Əziz dost, sən pul qazanmalısan. Pulsuz adam heç kimə lazım deyil. Hətta öz doğma anasına da...
Babam deyirdi ki, kasıb kişinin hətta bığları da gülməli görünür. Bu sözün yaranmasının tarixçəsi var. Əlbəttə, bu sözün ağırlığını, həqiqi mənasını o vaxt anlamırdım. Zaman keçdikcə adamın nə demək istədiyini başa düşdüm.
Babamın baş mühəndisi bir gün oğlunu idarəyə gətiribmiş. Hamı uşağı tərifləyir. Hərə uşağa bir hədiyyə verir. Konfet, peçenyə, şokolad, şar və c...
Uşaq aləmi dağıdır. Əl-ayağa dolaşır. Fəhlələri söyür. Amma heç kim uşağın hərəkətlərindən incimir. Tam tərsinə, uşağın ünvanına təriflər yağdırırlar. Deyirlər ki, oğlan uşağı dəcəl olmalıdır.
Bu əhvalatdan 10-15 gün sonra bir bədbəxt fəhlə də həvəslənib oğlunu işlədiyi idarəyə gətirir. İş yoldaşları oğlunu idarəyə gətirdiyi üçün fəhləni xeyli qınayırlar. Uşağa hədiyyə verən olmur. Uşağa olmazın sözlər deyirlər. Biri deyir, ağzı yekədir, digəri deyir, ayağı əyridir, başqa biri də qulağının böyük olduğunu söyləyir. Axırda da, kollektiv şəkildə qərara gəlirlər ki, bu uşağın gələcəyi yoxdur.
Əgər sənin pulun olmasa, ömür boyu anandan tənbeh eşidəcəksən. O, zarıyacaq, sənə çəkdiyi əzabın hədər getdiyini hamıya deyəcək. Yararsız adamları sənə nümunə göstərəcək.
Hələ bu vaxta qədər bəlkə də, heç bir ana öz kasıb oğlu ilə fəxr etməyib. Sən nə vaxt, hansı ananın dilindən "mənim oğlum kasıbdır, mərddir, vicdanlıdır, mən onunla fəxr edirəm",- sözlərini eşitmisən? Bəlkə də, sən eşitmisən, amma mən eşitməmişəm.
Bizim küçədə bir ailə yaşayırdı. Böyük qardaşın bir az pulu var idi. Balaca qardaş pul qazana bilməmişdi.
Böyük qardaş anasını saymırdı. Anası ilə kobud rəftar edirdi. Yeri gələndə, anasın söyürdü. Bununla belə, o arvad hər yerdə - küçədə, mağazada, məclislərdə balaca oğlundan şikayət edirdi. Halbuki, balaca oğlu onu daha çox sevir, qayğısına daha çox qalırdı. Anasını daha çox əzizləyirdi.
Hamı vəziyyətin belə olduğunu bilirdi. Bununla belə, hamı arvadın danışdıqlarına dəstək verirdi. Çünki adamlar da böyük qardaşı pulu olduğuna görə sevirdilər. Hamı balaca qardaşa nifrət edir, onu qınayırdı. Axırda, bədbəxt baş götürüb ölkədən qaçdı.
Sən pul qazanmalısan. Əgər pulun olsa, anan səninlə fəxr edəcək. Hər yerdə haqqında xoş sözlər söyləyəcək. Sənin tərifini göylərə qaldıracaq. Deyəcək ki, o, elə uşaqlıqdan belə dərrakəli, sözəbaxan idi. Heç ağlamazdı. Utandığından süd istəmirdi. Yox, əgər pulun olmasa, tamam əksini söyləyəcək. Deyəcək ki, səhərə qədər ağlayırdı. Süddən doymurdu. Bir dəqiqə mənə dinclik vermirdi.
Əgər pulun olsa, anan sənə ən gözəl qız axtarıb tapacaq, övladlarını bir nənə kimi daha çox əzizləyəcək. Pulun olmasa, nəinki səndən, hətta sənin övladlarından da zəhləsi gedəcək. Ona görə də sən yalnız və yalnız pul qazanmalısan. Narahat olma, anan heç vaxt bu pulu hardan, necə qazandığını soruşmayacaq.
Sən nə vaxt görmüsən ki, qadını pulun necə qazanılması narahat etsin? Qadınlar hədiyyə alanda soruşmur bunu necə, hardan əldə etmisən? Onlara bahalı hədiyyə lazımdır, hədiyyənin hansı yolla alınması onlar üçün maraqlı deyil.
Bilirəm, mənim sözlərim sənin ürəyini yaralayır, bununla bərabər, mənim sözlərim sənin ürəyini həm də möhkəmləndirir. Yaralanmış və möhkəmlənmiş ürəklə həyat adlı döyüşə girmək daha yaxşıdır.
Bir çox sadəlöhv adamlar düşünürlər ki, diz üstə yaşamaqdansa, ayaq üstə ölmək daha yaxşıdır. Kökündən yalnış fikirdir. Belə axmaq sözlərə aldanıb həyatınızı məhv etməyin. Bəzən adamlara ən sadə həqiqətləri başa salmaq olmur. İnsanlar reallıq hissini itirir və nəticədə gülməli vəziyyətə düşürlər.
Bizim hərbi hissədə bir qadın var idi. Qərargahda işləyirdi. Təbiət ona gözəllik əta etməmişdi, amma çox gözəl olduğuna inanırdı. Heç kim ona reallıqda necə olduğunu başa sala bilməzdi. Zabitlər zarafatla ona kompliment deyirdilər. Qadın bu komplimentləri həqiqət kimi qəbul edirdi.
Hərbi hissələrdə ən eybəcər qadına belə tamah salan olur. Bir-iki əsgər ona sevgi məktubu da yazmışdı. Qadın bu məktublardan kəskin şəkildə təsirlənərək inanmışdı ki, o, dünyanın ən gözəl, ən cazibədar qadınıdır...
Sual oluna bilər ki, bu qədər məsləhət verirsən, amma özün niyə bu gündəsən, niyə həyatda heç nəyə nail ola bilməmisən? Üstəlik, misal da çəkə bilərsiniz - keçəl dərman bilsə öz başına sürtər.
Düzdü. Haqlısınız. Yerində verilmiş sualdı. Bu suala qısa və konkret cavab verəcəm. Həyatı tanımaqla həyatı tanımaqdan istifadə etməyi bacarmaq arasında böyük məsafə var. Bir də ki, indi sizə verdiyim düsturları, məsləhətləri gənc olarkən heç kim mənə vermədi. Heç kim məni qarşısına qoyub həyatın nə olduğunu başa salmadı. Qarşıda məni nələrin gözlədiyini demədi. Həyat teatr deyil ki, məşq edib, səh-nəyə çıxasan. Həyatda məşq yoxdu. Birbaşa səhnəyə çıxırsan. Heç kim başa salmadı ki, karyera və dostluq, karyera və mərhəmət, karyera və vicdan, karyera və sədaqət, karyera və ləyaqətəbir-birilərinə ziddir.
Oəvaxtlar mən necə böyük arzularla yaşayırdım. Hər şey məhv oldu. İndi hər şey mənim üçün mənasızdır. Həm keçmişim, həm gələcəyim. İstəmirəm ki, həyatda buraxdığım səhvləri siz də təkrarlayasınız.
Davam edək. Həyatda inkişaf etməyin ən qısa və rahat yollarından biri varlı qızla evlənməkdir. Evlənərkən ürəyə, hisslərə deyil, ağıla üstünlük verin. Gözəlliyə, əxlaqa, davranışa-filana aldanmayın. Qızın keç-mişinə, yaşına, fiqurasına, gözəlliyinə fikir verməyin. Kənizin gözəlin seçərlər.
Özünüz düşünün, bir ev almaq üçün sən nə qədər işləməli, əziyyət çəkməlisən. Ömrünün yarısı bir yuva qurmağa sərf olunacaq. Halbuki ürəklə, hisslərlə deyil, ağılla seçim edib evlənsən, ev problemini asanlıqla həll edə bilərsən. Üstəlik, evi bütün avadanlıqlarla da təmin edərsən.
İşə ədəbiyyatı qatsaq, kasıb ailədə böyümüş qızı qanqallıqda bitən gülə bənzətmək olar. Ağıllı olun! Sizə əsla qanqallıqda bitən gül lazım deyil. Kasıb qızla əsla və əsla evlənməyin! Həyat sübut edir ki, qanqallıqda bitən güldənsə dibçəkdə satılan süni gülədaha sərfəlidir.
Seçim edərkən, seçiminin keçmişi haqqında əsla fikirləşmə! Buna heç gərək də yoxdu. Qalibləri mühakimə etmirlər. Varlanandan sonra kimin ağzı nədi sənin seçiminin keçmişi haqqında nəsə pis sözədesin. Mümkün deyil.
Gəlin, Don Kixot əsərindən Sanço ilə arvadının dialoqunu yada salaq. Bildiyiniz kimi, Don Kixot öz yaraqçısı Sançoya qubernatorluq vəd etmişdi. Sançonun sadəlöhv arvadı ərinə sual verir ki, mən zadəgan nəslindən deyiləm, adamlar bu işə necə baxacaqlar?
Sanço ona yaxşı bir cavab verir:

- Sən qubernator arvadı olandan sonra adamlar sənin keçmişin haqqın-da o qədər gözəl əhvalatlar, əfsanələr uyduracaqlar ki, sən özün də bu əfsanələrə inanacaqsan.
Qısası, sevgidi, vicdandı, mərhəmətdi, sədaqətdi, ləyaqətdi - bu kimi sözlərə aldanmayın! Realist olun! Həyatda mövqe qazanmaq üçün evlənmək çox böyük şansdır. Sevgi, ləyaqət kimi sözlərə uyub bu şansı əldən qaçırmayın. Unutmayın, həyat ağzını əjdaha kimi açıb öz qurbanlarını gözləyir. Udur, udur, udur, amma doymur. Mən çox adam görmüşəm, beş il, on il, on beş il vicdanla yaşayıblar, sonra birdən dönüb yaramaz olublar. Bilirsən niyə? Çünki daha dözə bilməyiblər. Sınıblar. Əziliblər. Hərənin öz dö-züm limiti var. Maraqlıdır, bəs sən özün nə qədər dözə biləcəksən? Beş il, yeddi il, yoxsa on il? Diqqətlə düşün, axıra qədər döz biləcəksənmi? Başa düş, anla ki, səndə fiziki gücdən başqa bir ruh da var. Bu ruh səni eşşəkdən və sürünən heyvanlardan ayırıb yüksək mərtəbəyə qaldırır. Hər kəs, hətta səfehlər də ağır fiziki əməklə məşğul ola bilər. Ağıl isə yalnız bəzi adamlara nəsib olur. İnsanların çoxu, təəssüf ki, zülmətdə, yəni əbədi cəhalətdə yaşamağa məhkum olublar. Onların idrak qabiliyyətləri son dərəcə məhduddur. Biz onların dərdini çəkməməliyik. Çünki onları köləlikdən necə qoruyursansa, qoru, fərqi yoxdur, onsuz da ölüb çürüyəcəklər. Bizim adına həqiqət, mənəviyyat, vicdan dediklərimiz çoxdan ölüb. Yalnız bir neçə axmaq həqiqət uğrunda dava aparır. Onlara səmimi qəlbdən qələbə arzu etmək olar, amma bu davada şəxsən iştirak etməyə, məhrumiyyətlərə düçar olmağa, həyatı təhlükə altına qoymağa dəyməz. Bizim müasir dünyamızda meymunluğun insanlıqdan çox olması insana xoşbəxtlik gətirir.
Gəncliyin öz problemləri var. Gənc insanda mənəvi aləm inkişaf edir, əvəzində isə adi həyat məsələlərində çox geri qalır. Gənc insan həyatdan çox şey istəyir və həyatın kobudluğu, səfehliyi ilə barışa bilmir.
Sən bu günün az şeyə qane olan dünyası üçün həddindən artıq iddialısan. Zəmanə, dünya, pul, karyera çox vaxt dayaz adamların əlində olacaq, mənəviyyat cəngavərlərinə, əsl insanlara səfalətdən, ölümdən başqa heç nə qalmayacaq.
Pulun gücü böyükdür. Bunu yadda saxla! Özün də fürsəti əldən vermə, yaşa! İnsan ömrü qısadır.
Bizim müasir dünyamızdaəelə bir zor hökm sürür ki, bu zorun qabağında yalnız və yalnız hiyləgərliklə dayanmaq olar. Mən əclaf deyiləm. Məqsədim adamları islah etmək, yalnız və yalnız adamları öyrətməkdir. Bunu da belə amansız zəmanədə yalnız amansız vasitələrlə etmək olar.
Başa düş, bizim müasir dünyamızda ya kölə olmalısan, ya da qəhrəman. Orta hədd yoxdur. Seçim sənindir. Əgər sona qədər qəhrəman olmağı bacaracaqsansa, buyur, meydan səni gözləyir. Əgər sona qədər dözməyi bacaracaqsansa, bir yazarəkimi sənə uğurlar arzulamağa hazıram. Əgər qəhrəman olmağa özündə lazımi cəsarət, iradə görmürsənsə, bəri başdan köləliyi qəbul etməlisən. Yarımçıq vicdan, yarımçıq həqiqət, yarımçıq qürur olmur. Yarımçıq qəhrəman olmaqdansa, bütöv kölə olmaq daha yaxşıdır.
Böyük Nizami necə də gözəl demişdir:
Kamil bir palançı olsa da insanə
Yaxşıdır yarımçıq papaqçılıqdan.
P.S. İstifadə olunmuş ədəbiyyat. Herman Hesse - Yalquzaq, Balzak -Qorio Ata, Polkovnik Şaber, Qobsek.