Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
17-12-2024, 11:26

17-12-2024, 11:05

17-12-2024, 11:03

3-12-2024, 22:33

19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

Kəhrəba üzük - İlhamə Nasirin hekayəsi

Tarix: 25-02-2019 13:48   
 
Həkim üç gün demişdi. Üç günə komadan ya ayılacaq, ya da… 

Hələ də o sözü deməyə dilim gəlmir. Nə isə, bilmirdim o üç günün tez gəlib keçməsinimi istəyim, yoxsa heç bitməməsinimi. Reanimasiya otağının qapısı ağzında dayanıb, otaqdan kim çıxırsa, qarşısını kəsib yalvarırdım ki, nə olar, elə edin ki, anam komadan ayılsın. Fərqi yoxuydu, yalvardığım həkimdir, tibb bacısıdır ya xadimədir. Acizliyin, gücsüzlüyün ən pik nöqtəsindəydim.

Gecə idi. Sabah üçüncü günü olacaqdı – komanın son günü. Hamı çəkilib getmişdi. Dəhlizdə təkcə mən qalmışdım. Dəhliz qəribə səssizliyə bürünmüşdü . Elə bil bu böyüklükdə xəstəxanada məndən savayı kimsə yoxuydu. Arada təcili yardım maşınlarının vıyıltısı bu səssizliyi bulandırıb yox olurdu. Yanıb-sönən göy-qırmızı işıqlar anidən pəncərənin önündən keçib gedirdi. Bu uzunluqda dəhlizdə özümə yer tapa bilmirdim. Quruya atılmış balıq kimi nəfəs almağım çətinləşmişdi. Hərdən mənə elə gəlirdi ki, ürəyim məndən ayrılıb dəhlizin hansısa bir küncündə döyünür. Hara baxırdımsa, gözümə yekə bir divar saatı görünürdü. 

Kəfkiri beynimin içində işləyən saatın çaşqın əqrəbləri də bilmirdi dayansın, ya irəli getsin. Divara söykənib paltarımın yaxasını əlimlə bir az aşağı dartdım. Astadan yalvarmağa başladım. Amma kimə yalvardığımı bilmirdim. Deyəsən, bu dəfə Allaha yalvarırdım, çünki daha yalvaracaq adam yoxuydu dəhlizdə. Bu vaxt dəhlizin o başından – reanimasiya otağından gələn həkimin addım səsləri yalvarışımı yarımçıq qoydu. Səs yaxınlaşdıqca naməlum bir hiss bütün varlığımı bürüyürdü. Yaxınlaşıb həkimdən söz soruşmağa da qorxurdum. Elə bilirdim soruşsam, anama nəsə olduğunu deyəcək. O, gəlib yanımdan keçib getmək istəyəndə mən tərəfə baxıb:

– Burda niyə gözləyirsən ay qızım, bura soyuqdu. Get evə, nömrən var bizdə, bir xəbər olsa zəng edib çağırarıq.
– Anamın ayılmasına saatlar qalıb, həkim – cümləmi güclə bitirdim.
O, mərhəmətli baxışlarla çarəsizliyimin özünə rahatca yer elədiyi üzümə baxaraq köksünü ötürdü, astadan " gəl ” deyib yenidən reanimasiya otağına tərəf qayıtdı. Qapısını geniş açaraq " amma səs salma ” deyib məni içəri saldı.

İçəri girən kimi qəribə bir üşütmə tutdu məni. Bayaqdan soyuq dəhlizdə durarkən üşümürdümsə, indi bu isti otaqda niyə titrətdiyimi anlaya bilmədim. Otaqda xəstələr çoxuydu; yatanı da vardı, zarıyanı da. O başdan gələn ağır nəfəs səsi məni özünə tərəf çağırırdı sanki. Anamıydı, süni nəfəs aparatına qoşulmuşdu. Yaxınlaşıb gözləri yarıyumulu vəziyyətdə olan anamın qabarıb-çəkilən sinəsindən öpdüm, sonra yavaşca ayaqlarına toxundum, dizlərinə qədər buz kimiydi. Əyilib nəfəsimlə ayaqlarını öpə-öpə isitməyə çalışırdım. Ordakı xəstələri narahat etməmək üçün hıçqırığımı içimdə boğurdum. Şunurlar qoşulmuş sol əlinin barmağındakı kəhraba üzük də elə bil anamla birlikdə can verirdi. O da soyumuşdu. Kaş anam bilərdi, bir ailə can verirdi onun barmağında. Bir sevgi can verirdi, bir tarix can verirdi…

Əlindən tutub dizlərimi yerə qoyaraq qulağına astadan " ana, nə olar, ölmə, nə olar, məni tək qoyma, qurban olum” deyə pıçıldadım. Son yalvarılası adam idi anam. Bu vaxt barmaqları tərpənərək əlimi zəifcə sıxdı, gözləri tam açılmışdı. Bunu həkim də gördü, tez tibb bacısını çağırıb nə isə tapşırdı. Məni ordan çıxardılar. İçimə böyük bir ümid doldu. Ona bir dəfə də bu cür yalvarmışdım. Altı yaşım olanda.

Anam xəstəliyi mən doğulandan sonra tapmışdı. Əslində, ona ana olmaq olmazmış. Həkim bunu anama desə də, övlad dünyaya gətirib ana olmaq arzusu həkimin dediklərindən güclü olmuşdu. Beş il həsrətdən sonra uşaqla bərabər, ağır bir xəstəliyi də qucağına almışdı anam. Tez-tez ürək tutmaları anamın köhnə komasının qapısını döyməyə başladı. " Bəlkə evin rütubətindəndir ", ” bəlkə evin bu dəqiqə uçub başımıza töküləcək qorxusundandır ” deyən atam tezliklə yeni bir ev tikib ora köçməyə, anamı bu xəstəlikdən qurtarmağa can atsa da, onun buna heç cür imkanı çatmayıb. Atamın həkimin anama dediyi sözlərdən xəbəri də olmayıb. Bəlkə bilsəydi, çox güman mənim dünyaya gəlməyimə razı olmazdı… Hələ anama ana olduğu üçün kəhrəba qaşlı üzük almışdı. Bu üzük anamın ilk üzüyüydü – bir sevgi üzüyü, bir ailə üzüyü. Deyərdim ki, bu üzük anam üçün ailənin qoruyucu talismanına çevrilmişdi. 

Bircə saat barmağında olmasaydı, elə bilirdi ki, ailədə nə isə pis bir şey baş verəcək. Ya kimsə xəstələnəcək, ya da atamla mübahisə edəcəklər, aralarında soyuqluq yaranacaq. Bir az böyüdükdən sonra mənə də elə gəlmişdi. Elə bilirdim ki, üzük anamın barmağından çıxsa, anama nə isə olacaq. Günəş rəngli üzük köhnə, rütubətli komaya elə bir hərarət gətirmişdi ki, artıq evin rütubəti qurumuşdu, yanan kiçik lampa yerinə hündür tavandan asılmış iri çılçıraq yanırdı. Əlbəttə ki, anamın gözündə. Anamın bütün xəyallarını da kəhrəba rəngə bürümüşdü bu üzük. Və bu xəyallarla o qədər xoşbəxt idi ki. Yeni evi olanda pərdələri, mebeli, xalçası, hətta öz geyimi belə kəhrəba rəngdə olacaqdı. Demək olar onun üçün həyatda yalnız bir rəng vardı; kəhraba rəng- ailəmizin rəngi. Bu rəngə görə payızı da sevərdi anam.

Onun ürək tutmaları olanda, görməməyim üçün məni həmişə evdən kənarlaşdırırdılar. Çox vaxt qonşumuz Ceyran xalagilə göndərərdilər. Amma bir gecə yatanda o biri otaqdan gələn səs-küyə ayıldım. Onda mənim 6 yaşım vardı. Təcili yardım həkimləri anamın qolunu saxlayıb damarına iynə vurarkən, bir əliylə anamın başını sinəsinə sıxan, bir əliylə onu çapaladıqca dizindən yuxarı qalxmış donunu aşağı dartan atamın göz yaşlarını görəndə qapının ağzındaca keyiyib qaldım. İlk dəfəydi kişinin ağlamağını görürdüm. O vaxta qədər elə bilirdim ki, kişilər ağlaya bilmir. Anam döşəmənin üstündə necə çabalayırdısa, tutub saxlamaq olmurdu. Gözümün önündəki bu səhnə kiçicik bədənimdəki ruhumu ürkütdü. Ruhumun uçub getdiyini görə bilməsəm də, bütün varlığımla bunu hiss edə bildim. Bir andaca bütün bədənimin əzaları süstləşəb ətə döndü. Və isti nəyinsə ayaqlarımın altında gölləndiyindən başqa heç nədən xəbərim olmadı. Ayılanda anamın qucağında idim. Onun rəngi ağarmış sifətinə qonan təbəssümünü və başımı sığallayan əlindəki üzüyü görəndə gözümdə yaş, gülümsəyə bildim. Deyəcək o qədər söz varkən…O gün mən danışmağı unutdum, dilimi itirmişdim…

Anam həmişə xəstəliyinə görə özünü lənətləyirdi. "Allah canımı alsın, uşaq mənə görə bu hala düşdü ” deyirdi. Məni aparmadığı həkim qalmamışdı. Hətta qonşu arvadların təkidi ilə ocaqlara da aparmışdı. Üstümə bir neçə üçbucaq dualar da tikilmişdi. Atamın mənə görə narahatlığını görəndə, anam daha da özünü günahkar bilirdi. " Mənim dərdim ona az idimi, indi də uşağın dərdini yığır qarnına? ”- özünü danlayırdı. Bir aydı danışmırdım. Elə bil anadan lal doğulmuş kimi razılaşmışdım bu halımla. Sanki yaddaşımdan silinmişdi danışan vaxtlarım. Heç danışmağa da can atmırdım.
Sentyabrda hazırlığa gedəcəkdim. Danışmamağım atamı, anamı üzdükcə üzürdü. 

Evdə də daha əvvəlki kimi isti ab-hava qalmamışdı. Bunu mən də uşaq ağlımla hiss edirdim. Bir tərəfdən bu üzüntülər, bir tərəfdən də soyuq münasibət anamın səhhətini daha da ağırlaşdırmışdı. İndi demək olar ki, iki gündən bir tuturdu xəstəliyi. Neçə vaxt idi üzük də barmağında deyildi. Bütün bunları üzüyün anamın barmağında olmamağına bağlamışdım. Üzüyü tapmaq üçün hər gün evi ələk-vələk edirdim. Bir gün atam işdə olarkən anam məni qonşuya göndərdi. Həmin gün anamda bir qəribəlik vardı. Göndərməmişdən qabaq məni bağrına basdı, o qədər öpüb qoxladı ki…Ağlamağını məndən gizlətməyə çalışsa da, gözlərindən sel kimi axan yaş ona tabe olmurdu. Səbəbsiz saxta gülümsəmələr mənə tanış gəlmirdi. Bu məni çox qorxudurdu. Onun boynunu qucaqlayıb ağladım. Məni sakitləşdirib evdən gəlinciyimi gətirib mənə verdi. "Get Gülgünlə, oyna, mən də bir azdan gələcəm yanına” deyib qonşuya göndərdi.

Ceyran xala qızı Gülgünlə mənə çay verəndə barmağındakı üzüyü görəndə dəliyə döndüm. Hə, anamın kəhrəba üzüyüydü. Özümdən ixtiyarsız qaçıb onun əlindən yapışdım ki, üzüyü barmağından çıxardım. " Ver anamın üzüyünü, o anamın üzüyüdür ” demək istərkən əcaib səslər çıxardırdım. Ceyran xala çaşqın baxışlarla məni sakitləşdirməyə çalışsa da, mənə nəisə olacağından qorxduğundan üzüyü cəld barmağından çıxardıb mənə uzatdı. Sən demə, anam məni müalicə etmək üçün üzüyü Ceyran xalaya satıbmış. Üzüyü götürüb evə qaçdım. Anam evdə yox idi. Evimiz kiçik olduğundan axtarmaq çətin olmadı. Hər yerə baxdım, birdən ağlıma atamın tikdiyi alayarımçıq əl damı gəldi. Dama girəndə, yerdə oturub divara söykənərək tüfəngin lüləsini sinəsinə sıxan anamı görüb ixtiyarsız qışqırdım. Qışqırmağımla tüfəngdən çıxan səs bir oldu. Anamın sinəsindən sürüşüb divarı parçalayan güllə anama dəyməsə də, düz mənim uşaqlığımın ürəyindən dəydi. Uşaqlığım elə oradaca öldü. Elə oradaca mən dil açdım. Elə oradaca mən böyüdüm. Böyüdüm… Anama " ölmə, məni tək qoyma ” deyib yalvaracaq qədər, böyük-böyük məsləhətlər verəcək qədər böyüdüm, divarın dibindəki evciyimə tərəf baxmayacaq qədər böyüdüm, bütün ürək dərmanlarının adlarını əzbər biləcək qədər böyüdüm, anama bir bacı, bir dost olacaq qədər böyüdüm.

Üzüyü bir daha barmağından çıxarmayacağına söz vermişdi anam. Ceyran xalanın da pulunu hissə-hissə qaytarmışdıq. Atam iki yerdə işlədiyindən yavaş-yavaş evimizi böyüdə bilmişdik. Anamın xəyallarından gerçəkləşəni də olmuşdu. Kəhrəba rəngdə mebelimiz, xalçamız vardı. İndi kiçik də olsa, çilçırağımız vardı, daha lampa sallanmırdı tavandan. Anam müalicələrə vaxtı-vaxtında getdiyindən, daha ürək tutmaları az olurdu. Mən orta məktəbi bitirdikdən sonra universitetə qəbul olmuşdum. Hər şey yaxşı idi, ta ki atamın qəfil insulitdən dünyasını dəyişdiyi günə qədər. Ondan sonra evin kəhrəba rəngli xoşbəxliyi də getmişdi. Anamın gecə gündüz tökdüyü göz yaşları bu rəngi yuyub aparmışdı. Cəmisi ikicə ay dözə bildi atamsızlığa. Bu dəfəki ürək tutması ağır infarktla əvəzlənmişdi.

Bir neçə dəqiqədən sonra üç gün tamam olacaqdı. Üç gün – ömrümün bəlkə də yarıdan çoxunu əlimdən alan üç gün. Acızliyimi, gücsüzlüyümü nümayiş etdirən üç gün…. Ürəyim elə bil reanimasiya otağının qapısında döyünürdü. Nəhayət qapı açıldı. Həkimlə bir neçə saniyəlik göz-gözə dayandıq. Hər ikimiz susmuşduq.

Ovcuma qoyub getdiyi üzüyün rəngini nə qədər çalışdımsa, seçə bilmədim../Ulduz.-2019.-Fevral./