Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi
Tarix: 19-11-2019 11:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.
Unikal.org-un əldə etdiyi məlumata görə, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.
Seçilmişlər
Ən çox oxunanlar