“EuroHome” yenə yandı - Yenilənib + Fotolar
Tarix: 12-05-2020 09:53
Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Bu barədə FHN-dən məlumat verilib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.
***
“EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
FHN-dən verilən məlumata görə, baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur.
Hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.
Seçilmişlər
Ən çox oxunanlar