Ziyalılar XİN-dən tələb etdilər - İranın Araz çayı üzərində tikdiyi körpülərlə bağlı
Tarix: 08-05-2020 12:45
Cəbrayıl rayonundan olan bir qrup ziyalı və Qarabağ qazisi Xarici İşlər nazirinin müavini Xələf Xələfovun Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisin və istismarı ilə bağlı mediaya açıqlamasına etiraz ediblər.
Etiraz edən ziyalılar adından danışan Musa Aslanxanlı göndərdiyi məktubda Azərbaycan Xarici İşlər Nazirliyindən daha ətraflı cavab istənildiyini bildirib:
“Cənab Xələf Xələfov! Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Azərbaycanla İran arasında 23 fevral 2016-cı il tarixli sazişə dair açıqlamanızı oxuduq. Araz çayı üzərində tikilmiş körpülərin bir tərəfinin bizə aid olduğunu qeyd edirsiniz. Bizə aid olan hissəyə - Cəbrayıl rayonunun oradakı ərazisinə biz nəzarət etmiriksə, o körpülər, ən azı hələlik, bizə aid deyil. Azərbaycan əsgəri orada olmalıdı! O ərazilərimizin işğalda olması və o körpülərin orada mövcudluğu haqlı olaraq birmənalı qarşılanmır. Həmin saziş müharibə və beynəlxalq qanunlara uyğunluq baxımından, ən əsası körpülərin erməni terrorçularına dəstək körpusu olmaq ehtimalına görə qəbuledilməzdir,saziş dayandırılmalıdır. "Qarşılıqlı etimad, mehriban qonşuluq" sözlərinin terrorçuların səmadan, dənizdən təhdidlərinin, ərazi iddialarının qarşısını almadığının şahidi deyilikmi? O körpülərə Azərbaycanın nəzarəti təmin edilmirsə, sazişə yenidən baxılçalıdır! Hələlik 5-10 əsgərimizin orada iran əsgərləri ilə birgə nəzarət etməsi də mümkün deyilsə, o sazişin problem yaratdığını etraf etməliyik. Hökumətdən, səlahiyyətlilərdən ətraflı açıqlama gözləyirik”.
Seçilmişlər
Ən çox oxunanlar