Azərbaycanda 260 məhkum şərti azadlığa buraxılıb - RƏSMİ
Tarix: 30-04-2020 16:54
“Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azad olunub. Həmçinin 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.
Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Onun sözlərinə görə, koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib.
A.Sabitova qeyd edib ki, pandemiya dövründə vətəndaşlarla görüşlər dayandırılıb və məhkumlar tibbi avadanlıqlarla təmin olunub.
Seçilmişlər
Ən çox oxunanlar