İlham Əliyev Çindən təxliyə olunan azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ
Tarix: 06-02-2020 12:24
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.
Unikal.org-un Azərbaycanın Türkiyədəki səfirliyindən əldə etdiyi məlumata görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.
Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır.
Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.
Seçilmişlər
Ən çox oxunanlar