Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək vəzifə verdi
Tarix: 13-12-2019 13:12
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.
Xəbəri DİN-dən təsdiqləyiblər.
Seçilmişlər
Ən çox oxunanlar