Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Baş prokurorla hərbi prokurora müraciət - "Deyilənlərə CİDDİ yanaşın"

Tarix: 12-09-2019 11:59   
Baş prokurorla hərbi prokurora müraciət -
"Sən demə Azərbaycanda ölkə başçısının imzaladığı sənədlərə -sərəncam və fərmanlara da müdaxilə edən məmurlar varmış. Bir qədər sonra o məmurların kimliyi ilə bağlı sizlərin də bir qədər geniş məlumatı olacaq. Sadəcə o yoldaş və tovarişlərə səslənərək demək istəyirəm ki, indi çox həssas məqamdır".

GÜNpress.az
xəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnikŞ hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkədəki hesabında paylaşıb. Hərbi ekspert məmurları bir az diqqətli və ehtiyatlı olmağa çağırıb:

"Siz özünüz və tabeçiliyinizdə olan hüquq sahəsi ilə azca da olsa anlayışı olan şəxsləri TƏCİLİ yanınıza dəvət edin və onlarla bir daha prezidentin sentyabrın 1-dən güc strukturlarının əməkdaşlarının məvaciblərinin ORTA Hesabla 40 faiz qaldırılması məsələsini DƏQİQLƏŞDİRİN. Sizə heç kim o səlahiyyəti verməyib və VERMƏYƏCƏK ki, siz sərəncamı öz qafanız çalışdığı kimi təqdim edəsiniz. Əgər Siz hələ də vəzifə və ya rütbə maaşının nə olduğunu aydınlaşdıra bilməmisiniz və ya bunu bilərəkdən belə edirsinizsə, ÇOX BÖYÜK SƏHVƏ yol verirsiniz. Ona görə də, bir daha yaxşı-yaxşı sərəncamı oxuyun və imzaladığınız sənədə diqqət edin.
Silahlı Qüvvələr Sizdən ARTIQ 6 ildən çoxdur ki, ərzaq pulu ilə bağlı məsələnin nəhayət ki HƏLL edilməsini gözlədiyi məqamda, siz ortalığa növbəti hoqqabazlığınızı və ya oyununuzu atırsınız. Olmaz. Dövlət büdcəsindən artıq 6 ildən çoxdur ki, şəxsi heyətin ərzaq təminatı üçün 128 manat pul nəzərdə tutulur və ayrılır, məhz bu qədər də maliyyə vəsaiti ayrılır. Siz isə ÖZBAŞINA, yəqin ki, kimlərləsə öz aranızda razılaşdırıb 64 manat ÖDƏYİRSİNİZ.
Baş prokurorla hərbi prokurora müraciət -
Cənab Baş prokuror Zakir Qaralov və onun müavini olan Hərbi Prokuror general-leytenant Xanlar Vəliyev!
Siz nəhayət ki, yazılanlara və deyilənlərə CİDDİ yanaşın. Tezliklə sizdən yəqin ki, dövlət başçısı və ya ətrafı soruşacaqlar ki, ay yuldaş cənablar, bu nə məsələdir?! Ona görə də, ölkə başçısının imzaladığı sənədə heç kimin öz keyfi istədiyi kimi müdaxilə etməyə nə səlahiyyəti, nə də gücü yoxdur. Qanun belə deyir".