Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı – Bazar qiymətlərini müəyyən edir...

Tarix: 17-07-2019 16:17   
Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı
Gömrüyün Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olduğunu hamımız bilirik. Xatırladaq ki, uzun illər bu qurumda sədrin birinci müavini olaraq çalışan Səfər Mehdiyev bu qurumun rəhbərliyinə təyinat alarkən təcrübəli bir şəxs kimi qurumdakı neqativ halların qarşısını alacağı ilə bağlı bəyanat vermişdi.

Hətta qurum rəhbəri bir müddət sonra Gömrükdə monopoliyanın aradan qaldırıldığını və rüşvətin qurumdan yığışdırıldığını bəyan etmişdi. Bu gurultulu bəyanat cəmiyyətdə heç də bir mənalı olaraq qarşılanmamış və bir çoxları bu bəyanatı “dekorativ” xarakterli olduğunu bildirmişdi. Həmin şəxslərin yanılmadıqları da qısa müddət sonra ortaya çıxdı. “Gömrükdə monopoliya və rüşvət olduğu sübut olunsa, mən istefa verəcəm”, kimi gurultulu bir bəyanat verən Gömrük Komitəsinin sədrinin qarşısına ciddi monopoliya faktları qoyulsa da, Komitə sədri iddialara və iradlara susmaqla cavab verdi.

Gömrükdə qanunsuzluqla üzləşən növbəti iş adamı PİA.az-a müraciət edərək Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyevin qanunsuz tələblərindən şikayətçi oldu.

Gömrük Komitəsi bazarda qiymətin aşağı düşməsinə qarşıdır...

PİA.az-a müraciət edən “Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov bildirib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev qanunsuz olaraq 10 gündür ki, Türkiyədən gətirdikləri və Azərbaycanda rəsmi təmsilçiləri olduqları türk brendini qanunsuz olaraq gömrükdə saxlayıb. Səbəb isə Gömrük bəyannaməsində elektrik akkumulyatorlarının qiymətinin aşağı göstərilməsini bildirirlər. Halbuki “Rovel Trading” şirkəti Komitəyə orijinal invoysu, yəni e-qaiməni təqdim edib. Gömrük Komitəsinin məsul şəxsləri məsələ ilə bağlı Türkiyəyə də sorğu yolayıblar və sorğuya gələn cavabda Komitəyə təqdim olunan e-qaimə təsdiqlənib. Buna baxmayaraq Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev Türkiyədən gələn “TIR”-ın gömrükdən buraxılmaması ilə bağlı göstəriş verib. Qeyd edək ki, Rəfail Niftəliyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin baldızı oğludur və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsində xüsusi səlahiyətlərə və hömranlığa sahib olan birisidir.




İntiqam Həsənov bildirir ki, dünya bazarında qurğuşunun qiyməti təqribən 10-15 % aşağı düşdüyünə görə akumlyatorların da qiyməti həmin nisbətdə aşağı düşüb və buna görə də onlar elektrik akkumulyatorlarını daha ucuz qiymətə idxal ediblər və həmin akkumulyatorlar da Azərbaycanda 10-15% aşağı qiymətə satılacaq. Lakin bütün bunlara baxmayaraq Rəfail Niftəliyev akumlyatorları ölkəyə buraxmamaqda israr etməkdədir. Komitə ciddi-cəhdlə sahibkarın 10 200 manatlıq dəyər fərqini ödəməli olduğu ilə bağlı bildiriş göndərib. Hətta akkumulyatorı “Rovel Trading” şirkətinin anbarında saxlanca verilməsi ilə bağlı Bakı 1 saylı İnzibati Məhkəməsinin qərarı olsa belə, Rafael Niftəliyev məhkəmə qərarına tabe olmur və dolayısı ilə Səfər Mehdiyevin baldızı oğlu məhkəmələri belə vecinə almadığını ortaya qoyur.

Sahibkarın fikrincə, Rəfail Niftəliyev kimi məmurlar süründürməçilik və qanunsuz manelər yaratmasa, belə süni qiymət artımı olmaz və vətəndaşlar da məhsulu ucuz əldə edər (indiki halda ən az 10%).

Diplomsuz şöbə müdiri

İntiqam Həsənov bildirir ki, Rəfail Niftəliyev türk brendinin rəsmi Azərbaycan təmsilçiliyini edən “Rovel Trading” şirkətinə qarşı ilk dəfədir ki, belə manelər yaratmır. 2016-cı ildə də eyni vəziyyətlə üzləşib. “Rovel Trading” şirkətinin direktoru bildirib ki, Rəfail Niftəliyevin onlara qarşı qərəzi daha əvvəldə olub. Buna səbəb isə şirkət ondan “Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları” ilə bağlı Nazirlər Kabinetinin 167 nömrəli qərarın 2-ci bəndinə uyğun olaraq müvafiq sənədlər tələb ediblər. Rəfail Niftəliyev qərarda göstərilən əsaslar olmadan sənədləri təqdim etməkdən imtina edib və Nazirlər Kabinetinin qərarına əməl etməyərək qanun pozuntusuna yol verib. Bundan sonra isə Rəfail Niftəliyev davamlı olaraq onların şirkətinə təzyiqlər edib və bu təzyiqlər bu gündə davam edir. Gömrükdəki qaynaqlardan əldə etdiyimiz məlumata görə, doğurdan da, Rəfail Niftəliyevin müvafiq diplomu yoxdur və o, uzun illərdir bu sahədə çalışmasını və polkovnik rütbəsinə, şöbə müdiri vəzifəsinə qədər yüksəlməsində ancaq Səfər Mehdiyevin baldızı oğlu olmasına borcludur.

Səfər Mehdiyev “Rovel Trading” şirkətininin məktubuna cavab vermir

“Rovel Trading” şirkətinin direktoru Gömrük Komitəsində Vüqar Əhmədovun və tənzimləmələr şöbəsinin rəisi Fuad Qaralovun qəbulunda olsa da, hər dəfə ona bildiriblər ki, onlar bu məsələnin həllində acizdirlər və heç bir şey edə bilməzlər. Eyni zamanda söhbət arasında İntiqam Həsənovun nəzərinə çatdırılıb ki, bu məsələni ya Səfər Mehdiyev, ya da elə Rəfael Niftəliyevin özü həll edə bilər. Başqa məsul şəxslər də bu məsələdə acizdirlər.

İntiqam Həsənov bildirir ki. məsələ ilə bağlı o, Səfər Mehdiyevə məktub yazıb. Məktuba isə cavab almayıb. Halbuki onun məktubunun ünvana çatması ilə bağlı ona məlumat dəxil olub.

İş adamı 10 min manatdan artıq ziyana düşdüyünü bildirir

İntiqam Həsənov qeyd edib ki, o hal-hazırda onların malını ölkəyə gətirilən “TIR” Gömrük Komitəsinin qarajında “girov” saxlanılır və sürücü antisanitar şəraitdə yaşamağa məhkum edilib. Ötən 10 gün müddətində isə sürücünün anbarda gözlədiyi hər bir gün sahibkara 100 dollara başa gəlir, bundan əlavə anbarın rüsumu və müştərilərinə vaxtında məhsulu çatdıra bilmədiyinə görə şirkətə 10 000 manata yaxın maddi zərər çəkib..




İntiqam Həsənov onu da qeyd edir ki, o və bütün nəsli 1993-cü ildən Ulu Öndər H.Əliyevin yoluna xidmət edib və prezident İlham Əliyevin siyasi iqtisadi islahatlarını cani-dildən müdafiə edir: “Mən həmişə möhtərəm prezidentimizin siyasi və iqtisadi kursuna sadiq olmuşam və sadiq olmaqda davam edəcəm. Lakin belə görünür ki, Rəfail Niftəliyev kimilər prezidentimizin siyasi kursuna qarşı təxribatla məşğul olurlar və ölkə bazarında ucuzlaşmaya çıxırlar. Bu da onu göstərir ki, bəzi məmurlar, doğrudan da, prezidentimizin apardığı islahatları sabotaj etməklə məşğul olurlar və bu sabotajın əsas yuvalarından biri də Gömrük Komitəsidir. Necə ola bilir ki, başqa şirkətlər ölkəyə gətirdikləri akkumulyatorları 17 dollara qeydiyata alınır, bundan baha qiymətə idxal etdiyimiz akkumulyatorlar isə qiymətinin aşağı olduğu deyilib, ölkəyə buraxılmır”, deyə iş adamı bildirib.

Qısa idxal prosedurun da Komitə tərəfindən icra olunmadığına deyən İntiqam Həsənov 2015-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin Etilen-Polietilen zavadonun açılışında dediyi nitqə əsaslanaraq müraciətini bu sözlərlə bitirdi:"Mən həmişə dövlətimizə,dövlətçiliyimizə bağlı biri olmuşam. Ölkə başçımız cənab İlham Əliyev hər zaman bildirib ki, dövlətimiz sahibkarlığa həmişə dəstək olub və olacaq. Sahibkarlar isə gərək haqsızlıq qarşısında susmasın və səslərini çıxarsınlar. Rəfail Niftəliyev Səfər Mehdiyevin adından istifadə edərək bizə qarşı təzyiq formaşdırır. Mən inanmıram ki, Səfər Mehdiyevin və ya hər hansı Gömrük strukturunda çalışan məmurun mənimlə ədavəti olsun. Bu qanunsuz əməllər Rəfail Niftəliyevin adına yazılmalıdır və əminəm ki, dövlətimiz bu özbaşınalığa son qoyulacaq"
Qeyd edək ki, məsələ ilə bağlı Gömrük Komitəsinin Mətbuat Xidmətinin Katibi Natiq Axundova dəfələrlə zəng etsək də, zənglərimizə cavab verilmədi.
Araşdırmamız davam edir...