Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İcra başçısı ilə bağlı Prezidentə müraciət edildi – Sakinlər etiraz edir

Tarix: 10-05-2019 10:18   
İcra başçısı ilə bağlı Prezidentə müraciət edildi
Haqqında ən çox şikayət olan icra başçılarından biri Arif Qasımov daha bir qarşıdurmaya imza atıb.

Onun tapşırığı ilə Nizami rayonu, Qara Qarayev küçəsi 30, metronun "Qara Qarayev" stansiyasının çıxışında yerləşən yol və park ərazisi qanunsuz olaraq hasarlanır. Ərazidəki binalarda yaşayan sakinlər isə buna etiraz ediblər. Bu haqda demokrat.az saytı fotolar və xəbər paylaşıb.

Sakinlər artıq ikinci dəfədir ki, anoloji problemlə qarşılaşırlar. Onlar deyir ki, ötən il də icra başçısı həmin ərazini hasarlayaraq tikinti işləri həyata keçirməyə cəhd göstərib: “Ancaq ötən il ölkə Prezidenti bir neçə icra başçısını vəzifəsindən azad etdi və Bakıda qanunsuz tikililərə qarşı sərt tədbirlər görülməyə başladı”.

Bu zaman narazılıqları görən icra başçısı ehtiyat edərək tikinti işlərini dayandırıb: “Hətta o zaman ərazidə qurulan dəmir dirəklər də tez bir zamanda sökülmüşdü. Görünür, icra başçısı Arif Qasımov vəziyyətin sakitləşməsini gözləyirdi. Artıq yenə ərazi hasarladılır”.

Ərazidə işləyənlər deyiblər ki, onlara tapşırıq icra başçısı tərəfindən verilib. Belə ki, hasarlanan ərazidə obyekt tikilməsi nəzərdə tutulur.

Həmin ərazinin tikinti üçün yaramadığını, mövcud binalar üçün təhlükə yaratdığını deyən sakinlər məsələ ilə bağlı ölkə Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət ediblər: “Bura bizim binaların həyətidir və uşaqlar oynayırdılar, sakinlər istirahət edirdilər. İcra başçısının qanunsuz tikinti işləri aparmasına imkan verməyin”.

Sakinlər bildiriblər ki, əgər qanunsuz hasarlanma işləri tezliklə dayandırılmasa, o zaman Prezident Administrasiyasının qarşısına toplanaraq, şikayət ediləcək.

Qeyd edək ki, ölkədə ən çox şikayət edilən icra hakimiyyətlərindən biri də məhz Nizami Rayon İcra Hakimiyyətidir.

Bu rayonun icra başçısı A. Qasımov sonuncu dəfə “Diqlas” yanğını ilə gündəmə gəlmiş hətta prezidentin keçirdiyi müşavirədə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov onu əsas günahkarlardan biri kimi qeyd etmişdi. O, bildirmişdi ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Bununla bağlı FHN tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb.

Təbii ki, prezidentin keçirdiyi müşavirədə belə bir faktın üstünün açılmasından sonra icra başçısı ən azı qanunsuzluqların qarşısını almalı, vətəndaşların etirazlarına səbəb olacaq addımlar atmamalı idi. Amma görünür əksər məmurlar kimi A. Qasımov da baş verənlərdən sadəcə nəticə çıxarmağa cəhd etməyib. Sakinlərə isə ölkə rəhbərliyinin onların müraciətinə veriləcək cavabı gözləmək qalır.
İcra başçısı ilə bağlı Prezidentə müraciət edildi
İcra başçısı ilə bağlı Prezidentə müraciət edildi
“Yeni Sabah”