Bakıda kütləvi dava olub, ölən və yaralananlar var
Tarix: 03-11-2014 12:48
Bakıda gənclər arasında kütləvi dava olub. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Günəş” kafesində qeydə alınıb.
Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb.
R. Süleymanov aldığl xəsarətdən dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.
Seçilmişlər
Ən çox oxunanlar