Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu
Tarix: 02-02-2020 00:18
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub.
Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər çərçivəsində Hacıqabul rayonu Meyniman kənd sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ağayev Mənsur Balayar oğlu və Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini, 1979-cu il təvəllüdlü Heydərov Davud Əvəzxan oğlu saxlanılıb.
Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və onların üzərində aşkarlanan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilib.
Məlum olub ki, M. Ağayevə narkotik vasitəni Sabirabad rayonunun Qarağac kənd sakini, 1975-ci il təvəllüdlü Mahmudov Xanverdi Fərzulla oğlu satıb. Sonuncunun da üzərinə baxış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
İstintaq zamanı məlum olub ki, X. Mahmudov narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Şirvan Su Kanal İdarəsinin satış üzrə mühəndisi Tapdıqov Elvin Raiz oğlundan alıb.
Hazırda cinayət zəncirinin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir.
Faktla bağlı cinayəti işi başlanıb.
Seçilmişlər
Ən çox oxunanlar