Fəhlə iş yoldaşının boğazını kəsdi - Azərbaycanda dəhşətli qətl
Tarix: 11-11-2019 10:24
Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.
GÜNpress.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.
Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.
Seçilmişlər
Ən çox oxunanlar