Paytaxt polisi vətəndaşlar və jurnalistlərə müraciət etdi
Tarix: 29-08-2019 11:47
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə və jurnalistlərə müraciət edib.
GÜNpress.az xəbər verir ki, müraciətdə paytaxtda hərəkət iştirakçılarının - sürücülərin, piyadaların həyatına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər davam etdirildiyi bildirilib: "Bu istiqamətdə işin səmərəli olması üçün paytaxt yollarında rastlaşdığınız ictimai təhlükəli əməllərlə bağlı polisi məlumatlandırmağı tövsiyə edirik. İctimai qaydanın etibarlı qorunması hər birimizin vəzifəsidir".
Seçilmişlər
Ən çox oxunanlar