“Sosial ödənişlər üçün vahid məbləğ müəyyən edilməlidir” - EKSPERT
Tarix: 27-06-2019 11:17
Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.
Bu barədə Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqə aradan qaldırılmalıdır:
“Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişlər də çoxalır. Fiziki şəxslər minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək.
Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı”.
V.Bayramov deyib ki, beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirlər:
“Belə olan təqdirdə, əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.
Seçilmişlər
Ən çox oxunanlar