Bakıda iki məktəbli yoxa çıxıb
Tarix: 30-09-2014 12:54
![Bakıda iki məktəbli yoxa çıxıb Bakıda iki məktəbli yoxa çıxıb](/uploads/posts/2014-09/1412063746_img1620679.jpg)
Bakı şəhərində iki məktəbli yoxa çıxıb. Xətai rayonu ərazisində yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin 4-cü sinif şagirdləri, 9 yaşlı Aysu Həsənova və onun xalası oğlu İlqar Bağırov dərsdən evə qayıtmayıblar.
Xətai Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 9 yaşlı A.Həsənovanın atası polisə ərizə yazaraq qızının və onunla bir sinifdə oxuyan baldızı oğlunun yoxa çıxmasını bildirib. Hazırda həmin uşaqların tapılması istiqamətində axtarış aparılır.
Seçilmişlər
Ən çox oxunanlar