Bakıda dustaqlar arasında kütləvi dava: 6 nəfər xəsarət aldı
Tarix: 05-04-2019 09:52
Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasındakütləvi dava düşüb.
GÜNpress.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, hadisə mart ayında baş verib:
"Heç bir kütləvi davadan söhbət getmir. Sadəcə, üç nəfər məhkum öz aralarında məişət zəminində dava edib. Hadisə ilə əlaqədar onlar qanunvericiliyin tələblərinə uyğun olaraq daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına salınıb".
Seçilmişlər
Ən çox oxunanlar