DİN-də işləmək istəyənlərin nəzərinə
Tarix: 24-09-2014 13:41
Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinləri 27 sentyabr 2014-cü il tarixdə saat 12.00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.
Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Seçilmişlər
Ən çox oxunanlar