Yeniyetmə qız bıçaqlandı - Gəncədə
Tarix: 04-02-2019 23:16
Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.
GÜNpress.az-ın report-a istinadən məlumatına görə, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Seçilmişlər
Ən çox oxunanlar