Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Vergilər Nazirliyi Cahangir Hacıyevdən 1 milyon 752 min manat istəyir

Tarix: 04-02-2019 16:56   
 

Vergilər Nazirliyi Beynəlxalq Bankın 3 ildən çoxdur həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevdən 1 milyon 752 min 359 manat pul tələb edir. Nazirliyin nümayəndəsi fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə mülki iddia qaldırıb.


Bu məhkəmədə C.Hacıyev haqqında ikinci cinayət işinə baxılır. Bu dəfə hakimlər qarşısında keçmiş bankirlə yanaşı, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov və daha 19 nəfər var. Amma bu 22 təqsirləndirilən şəxsdən həbsdə olan yalnız adları çəkilən üç nəfərdir. Onların üçü də bundan əvvəl başqa cinayət işi üzrə məhkum edilib, cəza alıblar.

Budəfəki cinayət işi də, əsasən, Beynəlxalq Bankın vəsaitlərinin kredit şəklində alınıb qaytarılmasıyla bağlıdır.

Elan olunub ki, bu işdə «Azərbaycan Beynəlxalq Bankı» ASC zərərçəkmiş, «Aqrarkredit» QSC bank olmayan kredit təşkilatı və Vergilər Nazirliyi isə mülki iddiaçı qismində iştirak edəcək.

Bunun ardınca Vergilər Nazirliyinin nümayəndəsi 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdıqlarını bildirib. O, həmin vəsaitin C.Hacıyevdən tutulub, dövlət büdcəsinə köçürülməsini istəyib. Mülki iddia icraata götürülüb. Onun təmin edilib-edilməməsiylə bağlı qərar isə məhkəmənin sonunda məlum olacaq.

Daha sonra iş üzrə ittihamı müdafiə edən iki prokuror növbəli şəkildə ittiham aktını elan edib. 300 səhifədən çox olan ittihamın elanı bütün gün ərzində davam edib.

İttihamda yazılıb ki, 2001-2015-ci illərdə «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3.4 milyard dollar və 987 milyon avroluq (həmin dövrün məzənnəsi ilə 3.8 milyard manat) müqavilələr bağlanıb, qanunsuz veksel əməliyyatları aparılıb. İddia olunur ki, sabiq bank rəhbərinin tanışı D.Xəlilov və digər təqsirləndirilən şəxslərlə birlikdə həyata keçirdiyi veksellərin alınması, təminatı olmayan kreditlərin verilməsi nəticəsində ümumilikdə 4.7 milyard manat mənimsənilib.

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

İndi məhkəmədə baxılan ikinci cinayət işində C.Hacıyevə verilmiş külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergidən yayınma və başqa ittiham maddələrində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

C.Hacıyev özünü təqsirli bilmir.

Hazırda onunla birlikdə mühakimə olunan şəxslərdən keçmiş deputat D.Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 13 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. C.Hacıyevin bacanağı İ.Hidayətzadəyə isə 7 il həbs cəzası verilmişdi. Ali Məhkəmə bu cəzanı 5 ilə endirdi.