Bakıda iki nəfər GÜLLƏLƏNDİ
Tarix: 20-04-2017 09:42

Bakıda silahlı insident olub.
Səbail rayon Polis İdarəsindən Modern.az-ın Apa-ya istinadən məlumatına görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.
Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Seçilmişlər
Ən çox oxunanlar



















.png)

.jpg)



